50-ci illərin cəsur və gözəl bədənli qızları - FOTOLAR
Bizi izləyin

Qadın

50-ci illərin cəsur və gözəl bədənli qızları - FOTOLAR

Qadınlar yayda bikini geyinmək üçün bir neçə ay əvvəlcədən pəhriz saxlayır. Gözəl bədən quruluşuna sahib olmaq üçün çətinliklərə dözür. Kişilər iki parçadan ötrü bu qədər əziyyətə dözən qadınlara başa düşməsə də, bikinin də öz dəbi və qaydaları var. İndi hamı rahatlıqla bikini geyinsə də, əvvəllər belə olmayıb. Bikini tarixinə nəzər salsaq, onun 1960-cı ildən etibarən dəbə mindiyinin şahidi oluruq.

60-cı illərdə bəzi ölkələrdə qadınlar 2 hissədən ibarət olan bikinilər geyinərdilər. Qarnın böyük hissəsi və kürək açıqda qalırdı. Bikini tanıdan və dəbə gətirən isə modelyer Louis Reard olub. Louis Reardın hazırladığı 2 hissədən ibarət olan bikini çox açıq idi. Bu bikinini geyinməyə fransız model tapmadığı üçün striptizci olan Michelini Bernardini ilə işləməyə başlayır. Reardın yeni məhsulunu tanıda bilməsi üçün ən az məhsul qədər diqqət çəkə bilən ada ehtiyacı var idi. O ərəfədə Reardın dəfiləsindən 4 gün əvvəl ABŞ ordusu Pasifikdə "Bikini atolü" kimi tanınan kiçik adalarda nüvə sınağı reallaşdırmışdı. Bu hadisədən sonra yeni məhsula bikini adını verməyə tərəddüd etmir. Bikini bir müddət İtaliya, Fransa kimi bəzi katolik ölkələrində qadağan edilir. Amerikada da aktrisaların bikini geyindiyi səhnələrin qadağan olunması üçün rejissorlara təzyiq göstərilir.

Bikinin yenidən gündəmə gəlməsi Bridget Bardotun 1956 –cı ildə çəkilən “Və tanrı qadını yaratdı” layihəs ilə reallaşır. Marilyn Monroe və Rita Haywort kimi aktrisalar bikini cəsur pozalar verir. Bikinin dünya miqyasında tanınmasında filmlərin rolunu danmaq olmaz.

1960-ci ildən sonra bikini Fransada istifadə edilməyə başaldı. Modern bikinin 63 aşı var. Dəbin dəyişən trendləri bikini modellərinə təsir etsə də, diqqət çəkiciliyini itirməyib. Publika.Az-ın qadın bölməsi keçən əsrin bikini modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm