• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nərgiz Paşayevanın qızı suşi hazırladı – FOTOLAR VƏ VİDEO

  • Qadın
  • 10 Fevral 2014 15:30
  • 1 988 Baxış
Nərgiz Paşayevanın qızı suşi hazırladı – FOTOLAR VƏ VİDEO

“Nargis” jurnalının redaktorları kulinariya rubrikasında suşi hazırlayıblar.

Elə bir qadın tapmaq çətindir ki, bu komplement qarşısında parlamasın: “Siz necə də gözəl evdar xanımsınız!” Bizim hər birimiz öz bacarığımızla yüksək evdarlıq nümayiş etdirərək qonaqları təəccübləndirmək və yüksək qonaqpərvərliyimizi sərgiləmək istəyirik. Növbəti dəfə süfrə hazırlayanda gələn qonaqlarla qeyri-adi şeylər haqqında söhbət etmək necə olardı? Məsələn, suşi haqqında.

“Nargis” jurnalının redaktorları Ülviyyə Rəhmanovanın simasında, Ayla Aslanova, Günel Qarayeva və Könül Nağıyev suşi hazırlamağın sirlərinə yiyələnmək üçün “Sushi Yuka Kaiten” restoranına yollanıblar. Məsələ burasındadır ki, iş təkcə müxtəlif növ suşi hazırlamaqla bitmir, onlar bunu tez və gözəl düzəltməli idilər. Qızlar arasında keçirilən müsabiqə belə nəticələnib.

1-ci yer Ülviyyə Rəhmanova
2-ci yer Könül Nağıyeva
3-cü yer Günel Qarayeva
4-cü yer Aysel Aslanova

Zəhmətlərinin əvəzində hər bir iştirakçıya rəsm hədiyyə edilib. Hansı ki, “Yuka Kaiten Sushi” restoranında əlində sevimli, dadlı suşi məcməyisində təsvir edilib. Publika.Az “Nargis” jurnalına istinadən suşinin hazırlanmasını izah edən fotoları və videonu təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR