Fəxriyyə Xələfovadan toya hazırlaşan gəlinlərə şad xəbər - FOTOLAR
Bizi izləyin

Qadın

Fəxriyyə Xələfovadan toya hazırlaşan gəlinlərə şad xəbər - FOTOLAR

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova 2014-cü ilin gəlinlik dəbini açıqlayıb. Belə ki, facebook sosial şəbəkəsində bu il hansı gəlinliklərin dəbdə olacağını yazıb.

Qadın dünyanın ən gözəl və qiymətli varlığıdır. Bu varlığın toy günü də özü kimi möhtəşəm olmalıdır. Toyun gözəl keçməsinin ilk şərti isə gəlinlikdən asılıdır.

Fəxriyyə Xələfovanın sözlərinə görə, 2014-cü ilin dəbli gəlinlikləri ağ, qırıq ağ və krem rənglərində təqdim olunur. Ən çox üstünlük verilən modelin hansı olduğu ilə maraqlanan gəlin namizədlərinə söyləyək ki, ilk sırada qırıq ağ gəlinlik modelləri dayanır. Daha sonra ağ və krem rəngli gəlinliklər gəlir. Son illər trapesiya silueti və su pərisi gəlinlik modelləri daha aktualdır.

Modelyer həmçinin hazırladığı valehedici gəlinlik modellərinin fotolarını paylaşıb. Burada siz özünüzə ən çox yaraşan gəlinlik modelini rahatlıqla tapa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm