2014-ün ən gözəl üzük modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

2014-ün ən gözəl üzük modelləri - FOTOLAR

Knuckle Rigs kimi tanınan midi üzüklər 2014-cü ilin aksessuar trendlərindən biri olacaq. Bu üzüklər təkcə düz halqa formasında istifadə edilmir. Heyvan fiqurları, işarələr və daşlardan ibarət çeşidləri də trendlər arasında yer alıb.

Daş-qaşlı üzükləri xoşlayardansıznısa, dırnaq boyasının üstünə daş kimi görünən xırda daşlar, bəzəkli qaşlar yapışdıra bilərsiniz. Onların istənilən kosmetika mağazalarından əldə edə bilərsiniz. İkisi ilə birlikdə olduqca eleqant görüntü əldə edəcəksiniz.

Bu mövsümün aksessuar trendləri arasında bütün barmaqlara taxılan üzüklər əsas yeri tutur. Sadəliyə üstünlük verənlərdənsinizsə, bütün barmaqlarınızı üzüklə doldurmaq kimi məcburiyyətindən azad ola bilərsiniz. Belə ki, iri, həcmli və gözə gəlimli bir üzüklə də kifayətlənmək haqqınız var. Unutmayın ki, dəb öz trendlərini diktə etmir, sadəcə təklif edir. Seçim isə sizə məxsusdur.

Bir məsələ var ki, bu aksessuarların əldə gözəl və zərif qaldığına şübhə ola bilməz. Bu trend uzun illər davam edəcəyi gözlənilir. Publika.Az-ın qadın bölməsi ən gözəl üzük mollərini seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm