Vücudunuzu lavanda ilə sıxlaşdırın
Bizi izləyin

Qadın

Vücudunuzu lavanda ilə sıxlaşdırın

Lavanda ilə evdə rahat maska hazırlayıb vücudunuzu sıxlaşdıra bilərsiniz.

Vücudu sıxlaşdırmağa ən çox sürətlə arıqlayan xanımların ehtiyacı var. Təkcə pəhrizlə arıqlamaq düzgün deyil. Dəri sallanmasının qarşısını almaq üçün pəhrizlə yanaşı, idmanla da məşğul olmaq lazımdır. Amma tənbəllikdən idmanla məşğul olmamasınızsa, lavanda maskası ilə vəziyyətdən çıxa bilərsiniz.

Sual: Dəri sallanmalarının qarşısını necə almaq olar?

Cavab: 1 kasa dəniz duzu, 2 yemək qaşığı yulaf unu, 2 yemək qaşığı üyüdülmüş lavanda, 1 yemək qaşığı küncüt yağı və 1 yumurta ağını qarışdırın.

Bu qarşığı sallanan hissələrə yayın. Bir müddət gözlədikdən sonra ovaraq çıxarın. Sonra eyni miqdarda portağal, üzüm, limon, alma suyunu 1 yemək qaşığı balla qarışdırın. Bu qarışığın içinə süddə bişmiş və əzilmiş 2 diş sarımsaq da əlavə edin. Bilirəm xoşagəlməz olsa da, son nəticəni düşünün. Qədimdə nənələrimiz gözəllik uğrunda nələri etdiyini nəzərə alsaq, bu nədir ki?! Qarışığı bədəninizə yaxşıca yeridin. 20 dəqiqə gözlədikdən sonra yuyun. Bu formulu fürsət tapdıqca tətbiq etmək tövsiyə edilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm