Keyt Middleton valehedici ziyafət libasında - FOTOLAR
Bizi izləyin

Qadın

Keyt Middleton valehedici ziyafət libasında - FOTOLAR

Kembric hersoginiyası Keyt Middletonun ilk rəsmi çıxışı

Middleton Sent-Endryusski Universitetinin İncəsənət tarixi ixtisasını ikinci dərəcəli fərqlənmə diplomu ilə bitirib. O, 2012-ci ildən Milli qalereyanı himayə edir. Rəssam Pol Emsli krallığa təşəkkür əlaməti olaraq məşhur kolleksiyanı bəzəyən - hersoginiyanın portretini də ötən ilin yanvar ayında təqdim etmişdi.

Keyt Middletonun hər çıxışı dünya mətbuatında çoxlu müzakirələrə səbəb olur. Belə ki, dünən Londonda təşkil olunmuş Milli portret qalereyasında Kembric hersoginyasını özünün ilk rəsmi tədbirində çıxış edir. Tədbirdə həmçinin aktrisa Elizabet Xerli, aktyor Alan Rikman və əfsanəvi britaniyalı fotoqraf Devid Beyli iştirak edib.

Xeyriyyə qəbulundan əvvəl Keyt Middleton bildirib ki, əldə edilən vəsait qalereyanın işinin dəstəklənməsinə yönəldiləcək: “Mən yalnız onu demək istəyirəm ki, bu axşam qalereyanın fantastik işini qeyd etməkdən və buradakı iştirakımdan çox məmnunam. O, qeyri-adi nailiyyətlər əldə edib. Belə ki, qalereya dünyanın ən çox portret kolleksiyasından birini saxlayır. Onun nadir, sehrli sərgisi bizim hamımızı ruhlandırmaqdan yorulmur”.

Amma gecənin ən maraqlı hadisəsi hersoginiyanın paltarının olub. Belə ki, bu paltarı Middleton bir neçə ay əvvəl 100 Women in Hedge fondunun tədbirində də geyinib.

Publika.Az-ın qadın bölməsi Kayt Middletonun tədbirdə geyindiyi paltarın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm