Parfumun vücudda ən qalıcı olduğu bölgələr
Bizi izləyin

Qadın

Parfumun vücudda ən qalıcı olduğu bölgələr

Parfumun ömrünü uzatmaq və qalıcı olması üçün ən ideal bölgələr var!

Qoxunun qalıcılığını uzadan ən ideal vücud bölgələri gicgahlar, boyun, sinə və qol içləridir. Vücudun bu bölgələri qan damarlarının dəriyə ən yaxın, yəni, damarların ən üzdə olduğu yerlərdir. Fikir vermisinizsə, bu hissələr daha isti olurlar. Bu da qoxunun həmin bölgələrdə daha mükəmməl şəkildə dəriyə hopmasını təmin edir.

Mütəxəssislər həmçinin qulaq arxasına parfum sürtmək vərdişini dərhal ləğv etməyi tövsiyə edir. Çünki bu bölgədə dəri daha çox yağ ifraz edir, o da qoxu ilə bir yerə gəldiyində tərkibinin və qoxunun dəyişməsinə yol aça bilər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm