Cazibədar model: "Fotoqraf qarşısında soyunanda utanmıram" - FOTOLAR
Bizi izləyin

Qadın

Cazibədar model: "Fotoqraf qarşısında soyunanda utanmıram" - FOTOLAR

Qeyri-adi fotoları və özünəməxsus tərzi, əsas da çətirli döyməsi ilə tanınan gənc və cazibədar model Səmra Tahir Publika.Az-ın “Kokteyl” layihəsində qonağımız olub. Gənc model döyməsinin mənasını açıqladı və bədənini rəsm əsərinə çevirənlərə münasibət bildirdi.

- Modelliyin ən çətin tərəfləri nədir?

- Ən çətin tərəfi sənətə görə, bir çox dəyərli şeyləri itirməkdir.

- Model olmağa qərar verəndə ailəniz necə qarşıladı? Etiraz olmadı ki?

- Ailəm normal qarşılayır. Anam və atam fikirlərimə hörmətlə yanaşırlar, həm də mənə güvənirlər.

- Sevgililər günündə sevgilinizə nə alacaqsınız və ondan nə hədiyyə gözləyirsiniz?

- Sevgilim yoxdur. Onun üçün məmnuniyyətlə şam yeməyində rəqs edərdim. Sevgilimin maşın hədiyyə etməsini istəyərdim. Əlbəttə ki, sevgilim olsaydı...

- Həmin günü tək keçirəcəksiz?

- Yalnızlığımı qırmızı libasda rəfiqələrimlə birlikdə qeyd edəcəyəm. (Gülür)

- Bədəninizi və gözəlliyinizi nümayiş etdirməkdən çəkinmirsiniz ki?

- Əslində, bədənimi nümayiş etdirməyi sevmirəm, amma bəzən çəkilişlərdə məcbur qalırsan.

- Fotoqraf qarşısında, ümumiyyətlə çəkilişlərdə utancaqlığınızı necə dəf edirsiniz?

- Heç bir fotoqraf, yaxud rejissor qarşısında soyunub şəkil çəkdirəndə utanmıram. Bu da peşəkarlıqdan irəli gəlir, utancaqlıq isə fotosessiyanın yaxşı alınmasına mane olur. Ümumiyyətlə, bu işin öhdəsindən gələ bilməyəcəksənsə, modellikdən uzaqlaşmalısan. Kompleksim yoxdur.

- Niyə bizdə modellərin əksəriyyəti erotik və “nude” janrında çəkilmiş fotolarla gündəmə gəlirlər?

- Dünyanın hər yerində bu cür şəkillər çəkilir və mətbuata yayılır. Səviyyəli layihə üçün də belə şəkillər çəkdirmək olar. Yox, əgər hansısa brendin, firmanın reklamı üçün çəkilmirsə, onun siması deyilsə, pis qarşılayıram. Bu, sadəcə özünü reklam üçün çıxış yoludur.

- Modellik peşəsi Azərbaycan mentaliteti ilə nə dərəcədə uzlaşır?

- Hər il gözəllik və modellik müsabiqələri keçirilirsə, deməli, normal qarşılanır.

- Arıq qalmaq üçün nələr edirsiniz?

- Qaçış, yüngül atletika arıq qalmağa kömək edir. Ət yeməklərindən də uzaq olmağı tövsiyə edirəm. Meyvə, tərəvəz və göyərtiyə daha çox yer ayırsınlar.

- Seksual qadın olmaq üçün mütləq açıq geyimlər tələb olunur?

- Seksual görünmək üçün açıq geyinmək şərt deyil, ehtiraslı bir baxış da qadını çox seksual göstərməyə kifayətdir.

- İşinizi sevirsiniz, ya qazanc mənbəyi kimi baxırsınız?

- Sevməsə idim, bu peşədə olmazdım. Qazanc da çox vacibdir.

- Dünya miqyasında tanınmış model olmaq üçün nə tələb olunur? Bunun üçün nələr edirsiniz?

- İdeal bədən quruluşu, gözəl sima və şans. Başqa ölkələrin model agentliyi ilə əməkdaşlıq etmək və müraciət etmək lazımdır.

- Nə cür fotosessiyaya çəkilməzsiniz?

- Erotik və bədənini ifrat dərəcədə nümayiş etdirən fotosessiyayalara etiraz edirəm.

- Reklamların çoxunda niyə kişilər deyil, qız modellər tələb olunur?

- Qız modellər daha maraqlı olur və şirkətlərə daha çox gəlir gətirir.

- Kişilərlə, yoxsa qızlarla yaxşı yola gedirsən?

- Kişilərlə münasibətim yaxşıdır. Qızların əksəriyyəti paxıl olsa da, aralarında yaxşıları da var.

- Dostların, yaxınların, əsas da kişilər peşəni necə qarşılayır?

- Öz dünyagörüşümdə olan insanlar yaxşı qarşılayır, ətrafımda da məhz öz düşüncə tərzimə uyğun insanlar toplanıb.

- Düşünmürsünüz ki, işiniz ailə qurmağa mane ola bilər?

- Xeyr. Həmin insan səni olduğun kimi qəbul etməlidir. Amma valideynləri razı olmasa, mane olmaq ehtimalı artır.

- Gündəlik həyatda necə geyinirsiniz?

- Hər tərzdə geyinə bilərəm. əhvalıma baxır. Əsas idman, rok, avanqard.

- Həyatda heç vaxt geyinmərəm dediyiniz geyimləri podiumda geyinmək məcburiyyətində qalmısınız?

- Xeyr çünki əvvəlcədən hər şey planlaşdırılır.

- Modellikdən əlavə başqa işlə məşğul olursunuz?

- Aktrisalıqla məşğul oluram. Bir neçə filmə və “Aramızda qalsın” serialına çəkilmişəm.

- Döymənizin mənası nədir? Bədənini rəsm əsərinə çevirmək nə dərəcədə düzgündür. Məsələn, Rihanna kimi.

- Mənası, çirkablardan qorunmaq, pisliklərdən özünü müdafiə etməkdir. Məncə, ifrata varmaq və həddini aşmaq düzgün deyil, insanın öz rəngi daha gözəl və parlaqdır.

- Qocalanda hansı işlə məşğul olmağı düşünürsünüz?

- Uşaqlarıma baxmaq, həyat yoldaşımı işə salmaq... Ən gözəli də budur!

FOTO:NURON

Oxumağa davam et
Reklam
Reklam

Gündəm