Baharın saç dəbi necə olacaq? – FOTOLAR
Bizi izləyin

Qadın

Baharın saç dəbi necə olacaq? – FOTOLAR

Baharın saç dəbi necə olacaq?

İri dalğalı saçlar – İstər biqudi, istərsə də qalın maşa ilə saçlara dalğalı görkəm verə bilərsiniz. İri və azca dağınıq dalğalı saçlar sizə romantik görkəm bəxş edəcək.

At quyruğu – Ən asan və çox istifadə edilən saç modelləri arasında bu yaz da yerini alacaq. Saçı yuxarıdan toplamaq da olar, istəsəniz aşağıdan da toplaya bilərsiniz. Hər ikisi praktikdir və dəbdədir.

Nəm saçlar – Saçın uzunluğu və rənginin fərqi yoxdur, nəm saç modelini hər kəs tətbiq edə bilər. Tanınmış qadınların da çoxu bu formaya müraciət edir.

Aksessuarlar taxın - Keçən yaz olduğu kimi bu mövsümdə də saç aksessuarları olduqca dəbdədir. Xüsusən də çiçəkli saç lentləri ilə yazın ən sevimli xanımına çevrilə bilərsiniz.

Hörüklü saçlar - Hörüklü saç modellərini istənilən yerdə istifadə etmək olar. Özəl gecələrdə, toyda, işdə, hətta gündəlik hörülmüş saçlarla dolaşa bilərsiniz.

Təbii və həcmli saçlar - Saçları yuduqdan sonra krem ya da köpüklə qabardıb daha həcmli edə bilərsiniz. Təbii görünən həcmli saçlar bu yaz çox dəbdədir. Həm də çox vaxt sərf etmədən ilin saç düzümünü ala bilərsiniz.

Publika.az baharın saç dəbini əks etdirən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm