Qadın bədəninin incəliyini vurğulayan paltarlar – FOTOLAR
Bizi izləyin

Qadın

Qadın bədəninin incəliyini vurğulayan paltarlar – FOTOLAR

Qadın bədəninin incəliyini vurğulayan paltarlar

“Calvin Klein”-in yeni kolleksiyası ağ-qara rənglərin harmoniyasından yaranıb. Başqa rənglər isə ağ-qaranın içində elə məharətlə gizlədilib ki, çox diqqət çəkmir və parlaq deyil. Həndəsi fiqurların və ağ-qara rəngin sərtliyini yumşaq parçalar, qadın siluetini vurğulayan modellər aradan qaldırır. Geyimlərin üzərindəki təsvirlər: qara düzbucaqlar, dördbucaqlar və ağ zolaqlar sanki qadın bədənini qucaqlayır.

Rəngli zolağın üzərindəki toxumalar və işləmələr nənənin evindəki xalçaya oxşayır. Kim deyərdi ki, bu təsvirlər geyimləri də bəzəyəcək. Tamamilə fərqli yanaşma, tamamilə fərqli nəticə. Fançisko Kostun yeni işlərində tesktura əsas rol oynayır. Bu əsərlərə bir dəfə nəzər salmaq kifayət edir ki, toxunma modellərdən ibarət olan geyimlərin bədəndə necə gözəl qaldığını təsəvvür edəsən.

Nazik toxunma paltarlar xanımların hər bir hərəkətini vurğulayacaq. Kobud qara çəkmələr isə bu obraza təzad yaratmayan ağırlıq qatır.

Publika.Az-ın qadın bölməsi “Calvin Klein”2014 payız-qış kolleksiyasını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm