Möcüzəli gözəllik maskaları
Bizi izləyin

Qadın

Möcüzəli gözəllik maskaları

Təbii gözəllik məhsullarını mağazalarda axtarmaq və bir ətək pul tökmək yerinə, evdəki tərəvəzlərdən təbii maskalar hazırlamaq istəyərdinizmi? Sizin üçün evdə gözəlləşməyin ən əlverişli yollarını hazırlamışıq. Qollarınızı çırmalayıb gözəlləşməyə hazırlaşın.

Parlaq saç üçün alma sirkəsi və su: Saçın gur və parlaq olması üçün alma sirkəsi ilə soyuq suyu qarışdıraraq saçınıza çəkə bilərsiniz. Bu metodu ayda 1 dəfə tətbiq etmək kifayətdir.

Güclü dırnaqlar üçün limon: Tez qırılan və saralmış dırnaqları limonla gücləndirin. Həftədə bir dəfə dırnaqlarınıza limon çəkin və 10 dəqiqə gözləyin. Sonra ilıq su ilə dırnaqları yaxalayın. Bu üsulu hər gün tətbiq etsəniz, daha güclü və sağlam dırnaqlara sahib olacaqsınız.

Dırnaq boyasını qurutmaq üçün: Dırnaq boyası çəkdikdən sonra soyuq su dolu qabın içinə barmaqlarınızı salıb bir neçə dəqiqə gözləyin. Boyananın belə tez qurumasına özünüz də təəccüblənəcəksniz. Bu üsulu tətbiq etməklə artıq əziyyət çəkməyəcəksiniz.

Parfumun qalıcı olması üçün vazelin: Ən çox sevdiyiniz parfumun qoxusu çox tez uçub gedir? O halda sevdiyiniz parfumu bir qədər vazelinin içinə sıxın və qarışdırın. Daha sonra vazelini qollarınıza və dirsəklərin və dizlərin iç hissəsinə sürtün. Sevdiyiniz qoxu bədəninizdən uzun müddət getməyəcək...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm