Baharın ən məftunedici ətirləri – FOTOLAR
Bizi izləyin

Qadın

Baharın ən məftunedici ətirləri – FOTOLAR

Bahar həsrəti - yenilik və təravət deməkdir. Əgər siz həyatınızda böyük dəyişikliklər etməyə hələ tam hazır deyilsinizsə, özünüzə kiçik hədiyyələr edərək xoş əhval-ruhiyyə yaratmağa çalışın. Publika.Az-ın qadın bölməsi bu sahədə sizə yardım edəcək. Belə ki, baharın ən yaxşı ətirlərinin siyahısını hazırlamışıq.

ELIE SAAB LE PARFUM L’EAU COUTURE

2014-ün ən çox gözlənilən ətirlərindən biri “L’Eau Couture” ətridir. Bu ətir kolleksiyanın davamı olaraq hazırlanıb, hansı ki, yüngül və uçuşan materiallardan hazırlanıb. Ətrin yaradıcısı Fransis Kurkcianın sözlərinə görə, tamamilə yeni təravət interpretasiyasına müraciət edib. Belə ki, yaz kompozisiyası portağal, berqamotu, maqnoliya, badam və vanillə tamamlanıb.

NARCISO RODRIGUEZ FOR HER

Klassik və sirli Narciso Rodriguez For Her ətrinin azarkeşlərinə minyatür kosmetik çanta da əlavə edilib. Cavanlıq sevgisini özündə əks etdirən ətrin tərkibində paçuli, kəhrəba və osmantus ilə harmoniya təşkil edən müşk bitkisinin notları birləşdirilib. Qeyd edim ki, bu ətir məhdud sayda buraxılıb.

KORLOFF PARIS IN LOVE

Yeni məftunedici ətirdə Korloff zərgərlik evi qadın gözəlliyini və əzəmətini tərənnüm edib. Bu gözəl sevgi ətrini jasmin, ilanq-ilanq, paçuli bitkiləri məxmər kimi bürüyür. Ətrin flakonu bahalı, qızıl çərçivə ilə bağlanıb.

DKNY BE DELICIOUS SKIN

DKNY ətrinin yaradıcıları meqapolis ruhunu təəccübləndirməyi bacarır. Belə ki, indi əfsanəvi ətir “Skin Be Delicious” həm də dəriyə qulluq edir. Belə ki, ətriyyatçılar məhsulun tərkibinə dərini nəmləndirən və parlaqlıq bəxş edən ağ tut yarpağı və aloe əlavə ediblər. Nadir parfum püskürdücüsü (başlığı) ətri bütün bədənə vurmağa imkan verir.

ELIXIR APHRODISIAC BY SHAKIRA

Şakiranın yeni afrodizyak təsir yaradan ətri - ətriyyat tarixində yeni səhifə açır, hansı ki, yeni adı ilə daha təzə və təravətli səslənir. Çiçək və meyvə tərkibli qreyfrut, berqamotu, moruq, jasmin, qızılgül və səndəldən ibarətdir. Yeni elexirin flakonu kolumbiyalı rəssam Katalinoy Estrada tərəfindən parlaq qəribə naxışlarla və çəhrayı rəngdə qablaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm