Dodaqları bəzəyən ən yaxşı rənglər - FOTOLAR
Bizi izləyin

Qadın

Dodaqları bəzəyən ən yaxşı rənglər - FOTOLAR

Yaz makiyajı qış makiyajından təkcə rənginə görə deyil, həm də tekturasına görə fərqlənir. O, daha yüngül və açıq çalarda olur. Tonal krem qalın olmamalı, həmçinin ultrabənövşəyi şüalardan qorumalıdır. Kompakt kirşan əvəzinə ovulan kirşandan istifadə edin. Maye göz kölgəsi əvəzinə isə gözdə yayılmaması üçün ovulan kölgələrə üstünlük verin. Göz kölgələri bu il bir o qədər dəbdə deyil. Buna görə də rəngli göz qələmlərindən istifadə etməyi tövsiyə edirik.

2014-ün baharı əlvan makiyaj sevərlərə sürpriz hazırlayıb. Tuşun da rəngli olanını seçin, ən əsası isə tuş suyadavamlı olmalıdır – çünki yaz yağışından heç birimiz sığortalanmamışıq. Makiyaj edərkən geyim rəngini və aksesuarlar nəzərə alınmalıdır. Baharda xanımlar daha zərif olmağa can atırlar. Yaz makiyajı diqqət çəkən, eyni zamanda çox cəlbedici olmamalıdır. Dodaqlara boya və ya onun çalarında parıltı vurmaq olar. Həddindən artıq əlvan pomada və kölgədən uzaq durmaq lazımdır.

Dəbli yaz trendi təbii makiyajdır. Amma bu o demək deyil ki, bütün kosmetikanı kənara qoymalısınız. Təbii görünmək üçün güzgü qarşısında xeyli vaxt keçirməlisiniz. Yazın növbəti tendensiyası əlvan dodaqlardır. Qırmızı və çəhrayı çalar dəbdə olacaq. Mat pomadaya daha çox üstünlük verin, belə ki, dodaq parıltısı bu yaz elə də populyar olmayacaq. Bəzi stilistlər gözləri karandaş və ya sürmə ilə vurğulamağı məsləhət görsələr də, başqaları əksinə, yalnız gözaltını isti çalarda göz kölgələri ilə vurğulamağı tövsiyə edirlər. Dəri və ənlik məsələsinə gəldikdə, qızılı və bürünc çalarlara üstünlük verilməlidir.

Ən ideal yaz makiyajı üzdə hər hansı nahiyyənin vurğulanmasından ibarətdir. Bu, ya qaşlar, ya gözlər, ya da dodaqlar ola bilər. Bir gün əlvan pomada ilə dodaqlarınızı, o biri gün karandaşla qaşlarınızı, üçüncü gün isə gözlərinizi vurğulayın. Bu yolla hər gün fərqli obrazda görünəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm