Gözəllər ziyafət libasları ilə yarışa girdilər – FOTOLAR
Bizi izləyin

Qadın

Gözəllər ziyafət libasları ilə yarışa girdilər – FOTOLAR

Dünən gecə Britaniyanın kino və televiziya akademiyasının nüfuzlu BAFTA mükafatının 67-ci təqdimat mərasimi keçirilib. Gecənin qonaqları və nominantlar Londonun Kral teatrının astanasında Kovent-Qarden dayanıb poza verirdilər. Havanın yağmursuz olması təkcə gələn qonaqları deyil, həmçinin ABŞ kino ulduzlarını çəkməyə gələn mətbuat nümayəndələrinin də ürəyincə idi.

BAFTA mükafatının təqdim olunma mərasimində Bred Pitt, Ancelina Coli, sırasında şahzadə Uilyam, Helen Mirren, Uma Turman və başqaları iştirak edib. Gecəni isə aktyor və yazıçı Stiven Fray aparıb. Xanımlar bir-birindən gözəl ziyafət libasları ilə göz qamaşdırırdı. Ancelina Coli isə Maykl Cekson stilində kostyumla gəlmişdi, buna baxmayaraq çox ecazkar görünürdü. Geyimini stiletto ayaqqabıları ilə tamamlayıb.

“Ən yaxşı film” – “12 illik əsarət”

“Ən yaxşı rejissor işi” - Alfonso Kuaron, “Qravitasiya”

“Ən yaxşı aktyor” - Çivatel Enciofor, “12 illik əsarət”

“Ən yaxşı aktrisa” - Keyt Blanşett, “Jasmin”

“Ən yaxşı ikinci dərəcəli aktyor” - Barkhad Abdi, “Kapitan Fillips”

“Ən yaxşı ikinci dərəcəli aktrisa” - Cennifer Lourens, “Amerikasayağı fırıldaq”

“Ən yaxşı Britaniya filmi” – “Qravitasiya”

“Ən yaxşı ssenari” - “Amerikasayağı fırıldaq”

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” – “Filomena”

“Ən yaxşı animasiya filmi” – “Soyuq ürək”

“Ən yaxşı sənədli film” – “Ölüm aktı”

“Ən yaxşı xarici film” – “Mükəmməl gözəllik”

“Ən yaxşı səs” – “Qravitasiya”

“Ən yaxşı musiqi” - “Qravitasiya”

Publika.Az BAFTA mükafatlandırma mərasimindən olan fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm