Gülnarə Xəlilova bir-birindən zövqlü ziyafət libaslarında - FOTOLAR
Bizi izləyin

Qadın

Gülnarə Xəlilova bir-birindən zövqlü ziyafət libaslarında - FOTOLAR

“Gözəllik ondur, doqquzu dondur” - İnsanın xarici görünüşü, geyimi onun hansı ağla və biliyə malik olmasının bariz göstəricisidir. Həmçinin insanın seçdiyi geyimin rəngi, forması onun xasiyyətindən, daxili aləmindən və zövqündən xəbər verir. Hər bir sahənin, eləcə də modanın öz peşəkarları, mütəxəssisləri var, onlarla arabir də olsa məsləhətləşmək, çalışmaq insana fərdiliyini qorumağa kömək edir.

Gülnarə Xəlilova isə Azərbaycan modasının əvəzolunmaz isimlərindən biridir. Onun yaradıcılığı rəngarəng və çox şaxəlidir. O, təkcə dəbin nəbzini tutan, eyni zamanda zövqlü və qadın incəliyini vurğulayan bir-birindən zərif geyim nümunələri hazırlamır. Onun geyimləri təkcə Azərbaycan ulduzlarını bəzəməklə kifayətlənmir. Gülnarə Xəlilova həm də rəsm əsərlərinin və milli geyimlərimizə yeni nəfəs verən, onları həssaslıqla qoruyan geyimlərin müəllifidir.

Modelyer Gülnarə Xəlilova Publika.Az-ın oxucularından öz məsləhətlərini heç vaxt əsirgəmir. Bu gün isə biz onun hər birinin üzərində incəliklə işlədiyi geyimləri təqdim edəcəyik:

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm