Rəsm əsərlərini xatırladan kolleksiya - FOTOLAR
Bizi izləyin

Qadın

Rəsm əsərlərini xatırladan kolleksiya - FOTOLAR

Meri Katranzunun kolleksiyası həmişə təsvirlər üzərində qurulur. Bu təsvirlər bütün geyimlər üzərində hakimiyyəti ələ alır. Bu dəfə də istisna olmur.

Əgər təsvirlər və naxışlar üzərində yaxşı işlənərsə, bu dizaynerə böyük uğur gətirər. "Photoshop"-un köməyi ilə çəkilən təsvirlərlə indi heç kimi təəccübləndirmək olmur. Meri Katrazan isə tez-tez qrafik və geometrik təsvirlərə müraciət edir. Kənardan gözəl görünən kəsimlər üzərinə əlavə olunmuş naxışlar paltarı daha da gözəgəlimli edir. Müxtəlif materiallardan istifadə edilərək düzəldilən, sanki simvollar yığını olan naxışlar müasir rəssamın əsərləri kimi görünür.

Yeni kolleksiyada bir neçə maraqlı geyimlər nəzərə çarpır. Məsələn, assimetrik, qısa ətəklərin üzərində muncuq əlavələri, pencəyin altından güclü görünən ətəklər, parlaq kostyumlar olduqca maraqlıdır.

Publika.Az-ın qadın bölməsi "Mary Katrantzou"-nun 2014 payız-qış kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm