Cins şalvarları nə ilə geyinmək lazımdır? – FOTOLAR
Bizi izləyin

Qadın

Cins şalvarları nə ilə geyinmək lazımdır? – FOTOLAR

Cinslər hər bir qadının əvəzolunmaz parçasıdır. Hətta hər zaman klassik obrazda görməyə alışdığımız xanımların qarderobunda da cins şalvarlara rast gəlinir. Kişiləri xüsusi vurğulamağa gərək duymuram. Çünki elə bir gün yoxdur ki, kişilər cins şalvar geyinməsin. Cins şalvarların tarixinə nəzər salsaq, onların modelində xüsusi və qeyri-adi heç nə müşahidə etmərik. Amma onlara olan tələbat inanılmaz dərəcədə idi və çox satılırdı. Cins şalvarlar rahat olduğu üçün bu qayda elə indi də keçərlidir.

Bəs cins şalvarı necə seçməli? Əvvəlcə cins şalvarın nə məqsədlə geyiniləcəyi dəqiqləşdirilməlidir. Eyni cins şalvarı bir neçə məkana geyinmək olar - iş yerinə, kluba, xüsusi dəvətə... Müxtəlif üst geyimi ilə kombinasiya edərək fərqli stil yarada bilərsiniz. Cins şalvar geyindiyiniz zaman qüsursuz görünmək üçün bədən ölçülərini nəzərə almalı və bəzi qaydalara əməl etməlisiniz. Doğru cins vəfalı dost deməkdir. Bu şalvarda özünü daha etibarlı hiss edərsən. Düzgün seçilmiş cinslə ayaqları olduğundan uzun göstərə, qarını gizlədə və omabaları olduğundan kiçik göstərə bilərsiniz.

  • Hər gün cins geyinirsinizsə, klassik kəsimlərə üstünlük verin.
  • Ayaqların daha uzun görünməsi üçün uzun balaqlı və dar kəsimli modellər seçin.
  • Tünd rəngli cinslər klassik tərz hesab olunur. Açıq cins alandan ən tünd olanını seçin. Çünki yuyulduqca rəngi ağarır.
  • Bol biçimli cinslər sizi olduğunuzdan daha kök göstərər.
  • Düşük bel cinslər geyindiyiniz zaman alt paltarınızın beli də aşağı olmalıdır.
  • Ən çox sevdiyiniz cinsi səliqəli saxlayın.
  • Cins şalvarın arxa ciblərinin xırda pul və ya mobil telefonu daşımaq kimi bir çox faydalı funksiyası olduğunu bilirik. Eyni zamanda ombalarının dik, yumru və dolğun görünməsində də böyük təsiri vardır. Cins şalvarların cibləri ombaları sıfırdan dəyişdirəcək gücə sahibdir. Cins şalvarın arxa cibləri çox önəmli olduğu üçün seçim də düzgün olmalıdır. Kiçik və yuxarıda olan ciblər, arxa hissəni olduğundan böyük göstərir. Ən yaxşısı standart ölçüdə olan ciblərdir.
  • Yüksək beli olmayan enli balaqlı cinslər hər cür bədən üçün idealdır. Balaqlar dizdən aşağıya doğru genişlənməlidir. Üstü tərəfi isə bədənə kip oturmalıdır.
  • Cinsin cibləri ombanı gözəl göstərməkdə nə qədər təsirlidirsə, tikiliş və parça da arıq görünmək baxımından bir o qədər əhəmiyyətlidir. Şalvarın tikilişi, parçanın materialı, ayağın nə qədər uzun görünməsində birbaşa rol oynayır. Səhv seçimlər isə sizi olduğundan daha kök göstərə bilər. Belə ki, enli balaqlı şalvarlar həm kök, həm də daha qısa göstərir.

Gündəlik geyimdə cins şalvarı necə seçməli?

Gəzinti üçün rahat cins şalvarlar uyğundur. Bu cür situasiyalarda adətən cinslər idman üslubunda olan köynəklərlə birləşdirilir. Köynəyin rəngi ağdan tutmuş, çox parlaq çalarlara kimi ola bilər. Modelin necə olmağının ciddi bir əhəmiyyəti yoxdur. Bu əhval-ruhiyyədən də asılıdır.

İşə və ya məktəbə düz cins şalvarları geyinmək daha məqsədəuyğundur. Xarici görkəminizə bir balaca da eleqantlıq qatmaq istəyirsinizə, cins şalvarla bel hissəsindən azca daraldılmış uzun jaket geyinin. Bu sizə zəriflik və incəlik qazandıracaq. Bu cür geyimdə qadınlar çox çəkici görünürlər.

Sevgilinlə görüşə gedirsən?

Xüsusi günlərdə qızlar daha cəlbedici görünmək istəyir. Həmçinin geyindiyi paltarın rahat olmasına fikir verir. Buna necə nail olmaq olar? Belə hallarda sevimli donu, ətəyi geyinmək istəmirsinizsə, onda cins şalvarla uzun köynək və ya topik sizin üçün ən ideal variant hesab olunur. Bu zaman ən gözəl rəng çalarlarını seçərək zərifliyinizi ortaya çıxarmağa çalışın. Köynəyin belinin büzməli olmamasına fikir verin. Çünki bu halda kök görünmək təhlükəsi ilə qarşılaşarsınız.

Kluba gedərkən nə cür şalvar seçməli?

Kluba gedərkən ən cəsarətli şalvarları seçərək individuallığınızı ortaya qoya bilərsiniz. İpək və qaşlarla bəzədilmiş köynəklə ideal seçim ola bilər.

Publika.Az-ın qadın bölməsi ən dəbli cins modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm