Qış stilinin açarı: ən dəbli köynəklər - FOTOLAR
Bizi izləyin

Qadın

Qış stilinin açarı: ən dəbli köynəklər - FOTOLAR

Bir tək qalın köynək bizi həm soyuqdan qoruyur, həm də eleqantlığın açarı vəzifəsini yerinə yetirir. Qışın son günlərində köynək dəbinə yenidən nəzər salmaq istədim. Xüsusən də xanımlar ətəklərini, cinslərini və şortlarını birləşdirmək üçün fərqli yun köynək axtarışına çıxır. Kim onu isti saxlayan, həm də zövqlü göstərən köynək geyinmək istəməz ki?

2014-cü ilin qış köynəkləri arasında balıq modeli olduqca dəbdədir. Bu model xüsusən də gənc qızlar üçün çox uyğundur. Eyni zamanda gənc qızlar əlvan rənglərə üstünlük verə bilər. Bu köynəklərin üstünə əlavə edilmiş broş, ya da yaxalığındakı kiçik sədəflər köynəyi darıxdırıcı olmaqdan xilas edir.

Uzun köynəklər də çox aktualdır. Bu cür modellər həm gündəlik, həm də iş üçün uyğundur. Uzun köynəkləri isə dərilər və zəncir detallar bəzəyir. Beləcə köynəyin altına geyindiyiniz dar cinslərlə və lasinlə eleqant kombinasiya yaratmış olarsınız. Yaxalarda və qollarda xəzlər, digər qış geyimlərində olduğu kimi köynəklərdə də dəbdədir.

Bütün bunlardan başqa krujevalı köynəklər də çox dəbdədir.

Publika.Az-ın qadın bölməsi ilin ən dəbli köynək modellərini seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm