• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hamını heyran edən qadınlar - FOTOLAR

  • Qadın
  • 8 Mart 2015 01:00
  • 996 Baxış
Hamını heyran edən qadınlar - FOTOLAR

Tarixə nəzər saldıqda kişilərlə yanaşı zərif cinsin nümayəndəsi hesab olunan qadınların da mərd hərəkətlərinə rast gəlmək olar.

Publika.az 8 Mart beynəlxalq qadınlar günü münasibətilə qadınların cəsarətli və eyni zamanda təəccüb dolu fotolarını təqdim edir.

  1. Müsəlman qadın yəhudi qonşusunun sarı ulduzunu örtməklə onu təqibdən qoruyur. Sarayevo, keçmiş Yuqoslaviya, 1941-ci il.
  1. Ketrin Svitser təşkilatçıların müdaxiləsinə baxmayaraq, Boston marafon yarışlarına qoşulan ilk qadın. 1967-ci il.
  1. Annet Kellerman çimərlik geyimini nümayiş etdirir. Bundan sonra, o, "ədəbsizlik" ittihamı ilə həbs olundu. 1907-ci il.
  1. Qadın samurayın fotosu. 1800-cü illər.
  1. Valentina Tereşkova-kosmosda olan ilk qadın.
  1. İspaniyada Vətəndaş müharibəsi illərində Barselonanı qoruyan Marina Xinesta. 1936-cı il.
  2. Pilot Ameliya Erhart. Öz təyyarəsi ilə Atlantik okeanın üzərindən uçub. 1928-ci il.
  1. Ciann Menford gey paradda gey oğlu ilə yanaşı gedir. 1972-ci il. Sonra isə Ciann "Valideynlər, ailələr, lezbiyan və gey dostlar" adlı qrup yaratdı.
  1. Türkiyəli Sabiha Gökçen qırıcı təyyarə pilotu olan ilk qadın idi. 1937-ci il.
  1. Dəmir yolda işləyən qadınlar naharda. Onların əri, oğlu, qardaşı müharibəyə getdiyi üçün kişi işini görürdülər. 1943-cü il.
  1. Toronto şəhərinin sakinləri ilk dəfədir ki, şort geyinən qadın görür. 1937-ci il.
  1. Əfqan qadınları tibb öyrənir. 1962-ci il.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR