Türkiyənin ən yaraşıqlı kişisi ilə ailə qursa da, xoşbəxt deyil - FOTOLAR
Bizi izləyin

Qadın

Türkiyənin ən yaraşıqlı kişisi ilə ailə qursa da, xoşbəxt deyil - FOTOLAR

Gözəlliyini buz kimi soyuqluğu ikinci plana atsa da, kifayət qədər heyranları var. Elə buna görə də Türkiyənin ən yaraşıqlı kişisindən ona evlənmək təklifi gəlir. Amma yaraşıqlı kişi ilə evlənmək xoşbəxtlik demək deyil. Əks halda, yaraşıqlı həyat yoldaşından boşandığı günə şükür etdiyini bəyan etməzdi... Bu hadisədən sonra o qədər də məşhur olmayan aktrisa gündəmi zəbt edir, iş təkliflərinin isə ardı-arası kəsilmir.

Beləliklə, bu gün Publika.Az-ın “9 don” layihəsi çərçivəsində Burcu Karanın həyatı, üslubu və gözəllik sirlərindən söz açacağam.

Burcu Kara 1980-cı ildə martın 1-də anadan olub. Ailənin ilk övladıdır. Valideynləri müəllim işlədikləri üçün məktəbə 5 yaşı tamam olmadan yazdırırlar. Burda qeyri-adi heç nə yoxdur, çünki ilk müəllimi atası idi. Buna baxmayaraq, atası məktəbdə qızı ilə başqa şagirdlər arasında ayrı seçkilik eləmir. Əksinə çox sərt müəllim idi, qızının savadlı olması üçün gözünü qorxudurdu. İbtidai sinfi 9 yaşında bitirir. 5 yaşı tamam olmadan məktəbə gedən qızcığaz universitetə 16 yaşında qəbul olur.

“Anam çox həssas insandır. Hər dəfə görəndə arıqladığımı deyir, saçlarımı kəsdirəndə hirslənir, qaşlarımı nazikləşdirəndə deyinir. Buna görə də problemlərini ona deməməyə çalışıram. Hər xırda xəbər onu kədərləndirə bilər”.

O, hazırkı peşəsi ilə yaxından-uzaqdan qohum olmayan fakültəni bitirib. Burcu Kara 2000-ci ildə Eskişehir Anadolu Universitetinin iqtisadiyyat fakültəsinin məzunu olur. Bu fakültədə heç bir perspektiv görmür, həm də sevmədiyi işin onu əyləndirməyəcəyini yaxşı anlayırdı. Buna görə də uşaqlıqdan arzusunda olduğu peşənin dalınca gedir. Tələbəlik illərində yerli kanallarda aparıcılıq edir.

Sonra Bursaya qayıdır və öz ixtisasını davam etdirir. Eyni zamanda nitq qabiliyyətini yaxşılaşdırmaq üçün kursa gedir. Bunun üçün İstanbula gedib-gəlməyə başlayır. Bu zaman Kanal D-də işləmək fürsəti qazanır. Bir müddət müxbir kimi fəaliyyət göstərir. 2002-ci ildən bu gözəl və soyuq qıza xəbərlər verilişini aparmaq təklif olunur. Bundan sonra Bursadakı karyerasını və ailəsini tərk edərək İstanbula köçür. Bir neçə radioda xəbərləri aparır. Arzuları bitməyən qızcığaz bu dəfə aktrisalıq kursuna yazılır. 2005-ci ildə “Cine 5” kanalında yayımlanan “Cinesinema” verişilinin aparıcılığı ona həvalə olunur. 2007-ci ildə “Show Max” kanalında “Burcu ilə birlikdə” adlı proqramın aparıcılığını edir. Aparıcılıq qabiliyyətini və aktrisalığa olan həvəsi onu nəhayət aktrisalığa gətirir. “Haziran gecəsi”, “Əlvida deyəndə”, “Dünyanı xilas edən adamın oğlu”, “İpsiz Recep” və başqa filmlərdə rol alıb. Həmçinin “Romantik komediya” filmində Zeynəb rolunu canlandırır.

“Məhrəmimi pozmaq fikrim yoxdur”

Burcu Kara 33 yaşında olsa da, cazibədar qadındır. Türkiyənin bir çox məşhur kişiləri ilə eşq macərası yaşayıb. 2008-ci ildə türkücü Yavuz Bingöllə sevgilli olublar. Münasibətləri ciddi idi, hətta nişan üzükləri də taxılmışdı.Yavuz Bingöl hər fürsətdə ona dəli kimi aşiq olduğunu söyləsə də, münasibətləri ayrılıqla bitir. “Fərqli insanlar olduğumuzu anladıq. İnsanların anlaşdığı və anlaşmadığı məqamlar var. Anlaşmadığımız məsələlər çox olduğu üçün ayrılıq qərarı verdik. Evlənsəydik belə, sonu boşanma ilə nətiəclənəcəkdi. Bunun altında pis bir şey axtarmaq o insanların pis niyyətindən xəbər verir. Belə düşünənlər cəhənnəm olsun!”

Burcu Kara Türkiyənin ən yaraşıqlı kişisi və həmkarı Buğra Gülsoy ilə evlənsə də, xoşbəxtliyi çox çəkmir. “Hər an aşiq ola bilərsiniz, amma mən aşiq olduğumu deyil, həyat dostumu tapdığımı anladım. Bu tamamilə başqa bir şeydir, qəribə duyğudur. Onu görəndə daha əvvəl heç kimə hiss etmədiyim bir şeyi hiss etdim, uşaqlarımın anasını tapdığımı anladım.

Biz dostum Hilal Saralın kafe açılışında tanış olmuşduq. Bir müddət görüşdük və bir-birimizi tanımağa başladıq. Sonra birlikdə Ankaraya getdik. Ona doğulub böyüdüyüm yerləri göstərdim, uşaqlığımı danışdım. Uşaqlığımı burada keçirdim, indi burada səninləyəm və həyatımın qalan hissəsini səninlə keçirmək istəyirəm dedim. Sonra evləndik...”. Bu sözləri Buğra Gülsoy keçmiş həyat yoldaşı haqqında söyləmişdi, amma...

2011-ci ildə ailə quran cütlük 2012-ci ilin avqustunda da boşanır. Burcu xəyanətə uğradığı üçün boşandığı deyilsə də, keçmiş əri dəfələrlə evli olduqları müddətdə Burcuya bir dəfə də olsa da, xəyanət etmədiyini söyləyir. Rəsmi şəkildə boşandığını özü twit ataraq elan edir. Hətta bunun üçün nə vaxtsa şükür edəcəyini ağlına belə gətirmədiyini yazmışdı. “Mən həyatıma qaldığım yerdən davam edirəm. Bu günə qədər heç nəyə ilişib qalmadım. Heç kimə də bəd dua edəcək qədər nifrət etmədim. Mənə aid olanları axı niyə başqaları oxusun ki? İnsan hər an həyata dair qurduğu hikmətli cümlələri dəyişdirə bilər. Nə olmasından asılı olmayaraq, sağlam olduğum və ailəmin yanında olduğum üçün şükür edirəm. Həyat öyrətməyə davam edir. Ən pis anlarımda belə bağırıb-çığırmadım. Bu gün əlimdə olanların sabah bir anda uçub getmə ehtimalını unutmuram. İnsanları sevirəm, güvənirəm. Onları qadın-kişi cinsi kimi kateqoriyaya ayırmıram, başımı boş şeylərlə doldurmuram...”

Buğra Gülsoydan ayrılar-ayrılmaz Remzi Kösemlə görüşməyə başlayır. Müsahibələrində sevgili olduqlarını inkar etsə də, paparazzilər onları bir neçə dəfə tutur. Yalan danışdığı bu fotolar üzə çıxandan sonra aşkar olur. Amma bu sevgi qığılcımı tez də sönür, ayrılırlar...

“Bu günə qədər nə qədər çətin yol qət eləmişik. Önəmli olan o yolu bütün səmimiyyətinlə davam etdirməkdir. Bu vaxta qədər bu barədə bir söz demədim, bundan sonra da məhrəmimi pozmaq fikrim yoxdur!”

Remzi Kösemdən ayrılan Burcu Kara eşq həyatına fasilə vermədən davam edir. Bir tərəfdən də haqlıdır. Axı bu cür gözəl və ağıllı qadın tənhalığa məhkum olmamalıdı. Bu gözəllik tək qalmaq üçün bəxş olunmayıb. Belə ki, paparazzilər gözəl aktrisanın bu dəfə iş adamı Tuncer Baydarla birlikdə fotolarını çəkirlər. Restoranda romantik anlar yaşayan cütlüyün əhvalını mətbuat nümayəndələri pozur. Media mənsublarını görən məşhurlar məkanı tərk edirlər. Bu münasibətlərin nə ilə bitəcəyini deyə bilmərik. Ümid edirik ki, hər şeydən çox ana olmaq istəyən Burcu arzusuna çatacaq.

Gözəllik sirləri, yaxud da kosmetika nəyi dəyişdirir ki?

Gözəlliyi haqqında özü danışmağa utansa da, gözəllik sirlərindən sizi agah etmək mənim vəzifəmdir. Burcu Kara sadə və soyuq gözəlliyi ilə daha çox diqqət çəkir. Elə bu səbəbdən də onu çox zaman təbii tərkibli məhsullarının reklamlarına dəvət edirlər. Bu qadına baxanda təbii gözəllik dəlisi olduğu hiss olunur. Sadəliyi sevdiyi geyimlərində də hiss olunur. Artıq detallara yer vermir, aksessuarlardan da demək olar ki, istifadə etmir. Rahat və diqqət çəkməyən paltarlar üslubunun əsas devizidir.

Mineral bazlı kremlərdən istifadə edir. Özü də kosmetika mağazalarından deyil, apteklərdən alır. Üzünə çəkdiyi hər bir şeyin tərkibini diqqətlə nəzərdən keçirir. Digər gözəllik sirlərini öz dilindən eşitsəniz, daha məqsədə uyğun olar.

Makiyaj qadının qüsurlarını örtür, ancaq gündəlik həyatda özümü rahat hiss etməliyəm. Çünki onu təmizləməkdən nifrət edirəm. Çox vaxt çəkilişdən evə gələndə yorğun olduğum üçün makiyajı təmizləmədən yatıram. Amma özüm çox yaxşı makiyaj edirəm.

Gündəlik həyatımda ağ bənizli olduğum üçün ancaq ənlikdən istifadə edirəm. Makiyaj çantamda ənlik, tuş və korrektor əskik olmur.

Gözlərimi vurğulamağı xoşlayıram. Dərim solğun olduğu üçün rəng verdiyim zaman çox dəyişirəm.

Dodaq qələmi tərzi kosmetikaları heç sevmirəm. Maye halında olan dodaq boyaları işlədirəm.

“Eyeliner”-dən heç vaxt istifadə etməmişəm. Makiyajda göz ətrafına çox fikir verirəm. Tuşsuz makiyaj olmaz. Burun sümüklərim uzun olduğun üçün makiyaj hiylələri ilə kiçik göstərməyə çalışıram.

Tonik yerinə gül suyu istifadə edirəm. Gül suyu dərini rahatladır və sıxlaşdırır.

Düzünə qalsa, kosmetikalara çox pul xərcləmirəm. Kosmetikalara bütün pulunu xərcləyən dostlarım var. Onlardan nəyin dəyişdiyini soruşanda sualıma cavab tapmırlar. Ümumiyyətlə, marka xəstəliyim yoxdur. Pullarını markalara xərcləyən insanları anlamaqda çətinlik çəkirəm.

Təkcə dərimin qeydinə qalıram. Ancaq keyfiyyətli nəmləndirici və günəşdən qoruyucu kremlərə çoxlu pul verə bilərəm. Tənbəl olduğum üçün çox zaman aldığım kremlərdən demək olar ki, istifadə etmirəm.

Səhərlə üzümü buzla, ya da qazlı su ilə təmizləyirəm.

Vaxt tapdıqca plinq edirəm. Özəl gecələrdə belə makiyajımı özüm edirəm. 10 dəqiqədə makiyajım hazır olur.

Mütəmadi olaraq idman salonlarına gedən biri deyiləm. Sadəcə üzməyi xoşlayıram. Ağır və yağlı qidalardan uzaq dururam. Çox yediyim günün səhəri üzməyə gedirəm.

Zeytun yağında bişən və az duzlu yeməklərə üstünlük verirəm. Çantamda meyvə mütləq olmalıdır. Əlbəttə ki, çoxlu su içirəm.

İşimdən dolayı saçlarım çox zərər görür. Çəkilişlər uzandıqca saçlar yenidən düzəldilir. Mütəmadi olaraq maska etmək və qeydinə qalmaq məcburiyyətində olursan. Hər gün salona getməyə həvəsim və vaxtım olmadığı üçün bitki tərkibli şampunlardan istifadə edirəm. Feni sevmirəm, saçlarımın təbii olmasına üstünlük verirəm.

“Panten”in reklamına çəkildikdən sonra qadınlar gəlib saçımın qaynaq olub-olmadığı yoxlayır. Qadınların çoxunun taxma saçdan istifadə etdiyinin şahidi olmuşam. Mühafizə edə biləcəyiniz saçlar olduğu halda, niyə süni şeylərdən istifadə edəsən ki?

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm