Tökülən kirpiklər təkrar çıxırmı?
Bizi izləyin

Qadın

Tökülən kirpiklər təkrar çıxırmı?

Yəqin ki, çoxunuz kirpiklərinizə toxunanda, gözlərinizi ovuşduranda, su ilə yuyanda onların töküldüyünü müşahidə edirsiniz. Kirpikləri tökülən qadının narahat olması əslində çox normaldır. Çünki kirpiklər qadının simasını daha cəzbedici edir. Bu baxımdan da onların güclü və sağlam olması üçün çox yaxşı qulluq etmək lazımdır.

Tökülən kirpiklər təkrar çıxırmı?

Qadınları maraqlandıran suallardan biri də tökülən kirpiklərinin yeni uzanmasıdır. Kirpiklərin kökləri zərər görmədikcə yenidən uzanması mümkündür. Ancaq qıl kökləri zərər görərsə, yeni kirpiklərin çıxmasına mane olacaq. Göz qapağında yara olarsa da, kirpiklər yenidən uzanmaya bilər. Kirpiklər tamamilə tökülübsə, uzanması bir neçə ay çəkə bilər.

Kirpiklər nədən tökülür?

Kirpikləri tökən ən başlıca səbəb gözləri ovuşdurmaqdır. Keyfiyyətsiz tuşdan istifadə etmək də kirpikləri tökür. Hər gün tuşdan istifadə etmək məsləhət deyil. Yatarkən makiyajı silməmək kirpiklərin zəifləməsinə gətirib çıxarır. Bəzən diqqətsiz yanaşaraq, kirpiklərdəki tuşu xüsusi kosmetik nəm salfetlərlə deyil, gündəlik istifadə etdiyimiz salfetlərlə silirik ki, bu da kirpik tökülməsi probleminə yol açır.

Kirpik tökülməsinin qarşısını necə alaq?

Kirpiklərin zəifləməsinin və tökülməsinin qarşısını almaq üçün onlara müntəzəm qulluq etmək lazımdır. Həftədə 3 dəfə yatmamışdan öncə kirpiklər üçün özəl kremlərdən istifadə etmək, hind yağı ilə badam yağını qarışdırıb 15 gün yuxudan əvvəl kirpiklərə çəkmək məsləhətdir.

Kirpik tökülməsinin qarşısını almaq üçün ən sadə üsul təbii qidalardır. Tərkibində kükürd olan soğan, turp, kələm, yerkökü kimi tərəvəzlərə və D vitaminli balıq, balıq yağı, yumurta kimi qidalara üstünlük verilməlidir.

5 ədəd qoz, 5 ədəd fındıq və 1 xörək qaşığı quyruq yağını qazanda əridib, sonra isə pambıqlı çubuqlarla həmin məhlulu kirpiklərə və onların köklərinə çəkmək lazımdır. Bu da kirpik tökülməsinin qarşısını almaq üçün ən effektiv vasitələrdəndir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm