Qırmızının 50 çaları - FOTOLAR
Bizi izləyin

Qadın

Qırmızının 50 çaları - FOTOLAR

Bütün ədabazlar yaxşı bilir ki, bu mövsüm geyimdə və makiyajda ən effektli rəng qırmızıdır!

Gəlin qırmızı dodaq boyasını necə çəkməyi ulduzlardan öyrənək. Qırmızı dodaq boyası kişilərin diqqətini cəlb etmək üçün ən düzgün vasitədir. Amma istənilən silahlar kimi gözəllik vasitələri də xüsusi qulluq tələb edir.

Al qırmızı dodaq boyası çəkməzdən əvvəl dəri tonunun qeydinə qalın. Qızartı, yaxud sızanaq makiyajı ikinci plana atacaq. Üstəlik qırmızı dodaq boyası rəqabətə dözmür. Siz dodaqlarınızı qırmızı dodaq boyası ilə vurğulamağa qərar vermisinizsə, qalan bütün makiyajı sadə, neytral tonlarda etməlisiniz.

Yüngül çəhrayı ənlik obraza təravət verəcək. Qəhvəyi tonları başqa makiyaj üçün saxlayın.

Qırmızı pomadanın digər bir şərti də dodaqların eyni tonda olmasıdır. Əgər təbiət sizin dodaqlarınıza isti rənglər bəxş edibsə, tünd tonlar istifadə edərək onu aldatmağın mənası yoxdur. Bundan əlavə dərinin, saçların və gözlərin də rəngini nəzərə almaq lazımdır.

İdeal dodaqların 6 şərti

Makiyajdan əvvəl dodaqları balzamla nəmləndirin. Dodaqlarınızı qidanlandırın və hopmasını gözləyin. Dodaqlara azca kirşan çəkin.

Pomada ilə eyni tonda, yaxud bir ton tünd dodaq qələmi seçin. Tünd rəngli dodaq qələminin dodaqları daha həcmli göstərdiyini unutmayın. Sadəcə qələmin ucu yaxşı itilənməlidir.

Dodağın üst hissələrindən başlayın. Kənarlardan mərkəzə tərəf gedin. Qələmi perpendilkulyar vəziyyətdə tutun.

Bundan sonra dodaqları rəngləmək olar.

Pomadanı çəkdikdən sonra dodaqlarınızı salfetə yapışdırın. Bundan sonra dodaqlara azca kirşan çəkin və yenidən rəngləyin. İkinci qat, dodaq boyasının qalıcı olmasını təmin edəcək.

Publika.Az-ın qadın bölməsi məşhur sarışın, əsmər və kürənlərin qırımızı dodaq boyası ilə olan obrazlarını nəzərdən keçirməyi təklif edir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm