Bu bitkilər əsl gənclik iksidir
Bizi izləyin

Qadın

Bu bitkilər əsl gənclik iksidir

Bu bitkilər əsl möcüzədir, həm də gənclik iksidir. Sizi həm gözəlləşdirəcək, həm də arıqladacaq.

Qeyri-sağlam qidalandığınız günün səhəri bədəninizi təmizləyən yeməklər və tərəvəzlər yeyin. Məsələn, balqabaq şorbası lap yerinə düşər.

Ərazqlar:

2 balqabaq dilimi (lif və su miqdarı yüksəkdir, az kalorilidir)

2 yemək qaşığı bulqur (tam taxıl olduğu üçün tox saxlayır)

2 ədəd soğan (yaxşı antioksidantdır)

2 ədəd pomidor (tərkibindəki likopten çox önəmlidir)

2-3 diş sarımsaq (immunitet sistemini gücləndirir, ürəyə xeryirlidir)

1 dəstə nanə, cəfəri, limon suyu (c vitamini)

1 yemək qaşığı zeytun yağı (ürək dostu)

Az duz

2-3 stəkan su

Hazırlanması:

Hamısı birlikdə bişirilib blenderden keçirilir. Bol su içərək bədəninizi təmizləyə bilərsiniz. Qəhvə və kafaindən mükün qədər uzaq durmalısınız. Gün ərzində istədiyiniz qədər xiyar, pomidor, bibər, kərəviz sapı yeyə bilərsiniz.

Yaşıl içki

Yaşıllıqlar hər şeyin açarıdır. Bədənin bu yaşıllığa hər zaman ehtiyacı var. Məsələn, ispanaq və cəfəri kimi göyərtilərdən hər gün yeyin. İspanaq B vitamini, dəmirlə zəngindir və daha çox faydaları var.

Ərzaqlar:

1 dəstə ispanaq

1 dədə kərəviz

¼ çay qaşığı zəncəfil kökü

2 yaşıl alma

Yarım limon suyu

Hazırlanması:

İspanaqları yaxşıca yuyun və çiy halda blrenderden keçirin. Xiyarı, kərəvizi, cəfərini, zəncəfili və limon suyunu da əlavə edin. Bu qarışığa dad vermək üçün yaşıl alma da əlvə edin. Hamsını qarışdırın və gün ərzində 3-4 stəkan için.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm