Zərif və güclü qadınlar üçün kolleksiya - FOTOLAR
Bizi izləyin

Qadın

Zərif və güclü qadınlar üçün kolleksiya - FOTOLAR

London dəb həftəsində mövsümə damğasını vuran marka "Tom Ford" 2014 qış kolleksiyasını dəfiləyə çıxarıb. Yeni mövsümdə 60-cı illərin təsirini hiss etdiyimiz biçimlər və midi ətəklər var. Kolleksiyadakı parıltılı pulcuqlar dizaynerin bu il ad günü olduğunu bildirir. Bu detallar sadə və idman üslubunda olan libasları daha zərif göstərir.

Tom Ford keçən il daha çox parıltılı və qarışıq naxışlı modellərlə qarşımıza çıxmışdı. 2014-2015 payız-qış kolleksiyasının əsas rəngləri qara, boz və ağ rənglər dəbi izləyən güclü qadınları sehrləməyi bacarıb.

Bu il 60-cı illərin zərif və güclü qadınlarından ilham alan modelyerlər bədən quruluşunu vurğulayan modellər təqdim ediblər. Publika.Az-ın qadın bölməsi yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm