Cazibədar Viktoriya Bekhem slikonlarını çıxartdı - FOTOLAR
Bizi izləyin

Qadın

Cazibədar Viktoriya Bekhem slikonlarını çıxartdı - FOTOLAR

“Spice Girls” qrupunun keçmiş ulduzu və futbolçunun cazibədar həyat yoldaşı Viktoriya Bekhem yaratdığı marka ilə özünü dəb aləmində təsdiq edir. Geyimləri və stili ilə dəb ilahəsi adlanır. Buna baxmayaraq, saysız-hesabsız sinə əməliyyatları keçirib. Onun sinə məsələsinə həyat yoldaşının da necə yanaşdığı maraqlıdır. Sinəsini sonuncu dəfə 2011-ci ildə böyütmüşdü.

O, 1998-ci ildən bu tərəfə sinələrinin böyük, yoxsa kiçik olmasına heç cürə qərar verə bilmirdi. Viktoriya Bekhem “Allure” dərgisinə maraqlı müsahibə verib və bu barədə danışıb.

1990-cı illərin sonunda sinələrinə slikon taxdıran Viktoriya böyük sinə sevdasından vaz keçmiş və keçən il əvvəlki halına qayıtmağa qərar vermişdi. Əvvəllər 39 yaşlı gözəl modelyer haqqında çıxan bu cür xəbərlərin yalan olduğunu söyləmişdi.

Ancaq “Allure” dərgsinin Mart 2014 nömrəsində verdiyi müsahibədə bununla bağlı açıqlama verib. Belə ki, “Artıq slikonlarım yoxdur”, - deyib.

Müsahibədə əri haqqında da danışıb: “David həyatımda tanıdığım ən mükəmməl insandır. O, çox yaxşı atadır. İnanılmaz dərəcədə bacarıqlı və mükəmməl həyat yoldaşıdır”.

Publika.Az Türkiyə mətbuatına istinadən Viktoriya Bekhemin sinəsinin necə dəyişdiyini sübut edən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm