Dərini gəncləşdirən portağal maskası - FOTO
Bizi izləyin

Qadın

Dərini gəncləşdirən portağal maskası - FOTO

Nazik qırışlar 25 yaşından yuxarı qadınları yavaş-yavaş özünü yaşlı hiss etdirməyə başlayır. Bu problemi həll etməyə yardım edən təbii formulları hazırlamışıq. Portağal, bal və yumurta sarısındn ibarət bu möcüzəli gözəllik vasitələrini mütləq sınaqdan keçirin.

Maska üçün lazım olan ərzaqlar:

1 yumurta sarısı
1 çay qaşığı bal
yarım portağalın suyu
1 paket jelatin (şirniyyat ərzaqları satılan mağazalardan tapa bilərsiniz)

Hazırlanması:

Bütün vasitələri böyük qabın içinə qoyun və yaxşı qarışdırın. Əvvəlcədən təmizlədiyiniz dərinizə maska çəkin və 20 dəqiqə gözləyin. Sonra üzünüzü ilıq su ilə yaxalayın.

Portağal maskasının faydaları:

C vitamini ilə zəngin olan portağal qırışların yaranmasını gecikdirir. C vitamini yeni hüceyrələrin yaranmasına kömək edir və dəriyə gənclik bəxş edir. Yumurta sarısı dərini yumşaldır, bal isə nəmləndirici vəzifəni öhdəsinə götürür.

Qeyd: Əgər dəriniz çox həssasdırsa, maskanı üzə çəkməzdən əvvəl biləyinizin içinə bir miqdar çəkin və gözləyin. Hər hansı qızartı olmasa, maskanı rahatlıqla çəkə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm