Kreativ moda evinin yeni kolleksiyası - FOTOLAR
Bizi izləyin

Qadın

Kreativ moda evinin yeni kolleksiyası - FOTOLAR

Karl Laqerfeld və Silviya Venturini Fendi özünün yeni kolleksiyasını Milan dəb həfətəsində nümayiş etdirib. Fotolara nəzər salsaq, görərik ki, geometrik və qrafik təsvirlər gələn qış dəbdə olacaq. Demək olar ki, bütün dəfilələrdə bu cür təsvirlərə rast gəldik. Bu qayda "Fendi"dən də yan keçməyib. Amma Karl Leqerfeldin burada ixtiraçılığı daha çox rol oynayır.

Dəfiləni dəb ustasının sevimlisi Kara Delevinge uzun yarığı olan qara paltoda açıb. Karanın enerjili və dinamik model olduğu heç kimə sirr deyil. Dəfiləni onun açması da təsadüfi deyil. Belə ki, bir əlində balaca xəz çanta, digər əlində isə dəridən olan iri, ağ çanta gələn model öz enerjisini qonaqlara da ötürür. Başında isə iri yumşaq, tüklü papaq var idi. Karanın izaholunmaz və dərkedilməz xasiyyəti dəfilədəki geyimdə də özünü göstərir.

Təmtəraqlı kürklər və xəz əlavələri olan paltolar, güllü və ala bəzək kürklər də dəfilənin diqqət çəkən məqamlarından biri idi. Daha sonra dəfiləni nisbətən sadə geyimlər əvəz edir. Rəngli və güllü paltolara öyrəşməyə macal tapmamış bu dəfilədə xallı paltolarla tanış olduq. Kloş ətəklər onu göstərir ki, gələn mövsümdə aktuallığını qoruyub saxlaya biləcək.

Publika.Az-ın qadın bölməsi yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm