Saçdakı ağları örtən təbii vasitə
Bizi izləyin

Qadın

Saçdakı ağları örtən təbii vasitə

Saçdakı ağ tellər bir çox xanımın gününü zəhərə çevirir. Çünki ağ tel qocalıq əlaməti hesab olunur. Onları örtmək üçün saç boyalarından istifadə etmək isə adamın lap zəhləsini tökür. Elə xanımlar da var ki, saçına boya vurmaq istəmir. Bəs bu zaman ağ telləri necə örtmək olar?

Bunun üçün: 6 ədəd döyülmüş yaşıl qoz, 3 ədəd qırmızı soğan qabığı, 1 dəstə dəfnə yarpağı, 1 ədəd qırmızı almanın qabığı, 1 yemək qaşığı qara çay, 1 çay qaşığı mixək lazımdır.

Onları 1.5 litr suyun içində 10 dəqiqə qaynadıb çay kimi dəmləyin. Bu qarşığı hər gün saç diblərinə çəkin. Saçınızı həm qidalandıracaq, həm də rənginin tündləşməsinə kömək edəcək. Qarışığı 3 gündən artıq saxlamaq olmaz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm