• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Pomidor pəhrizi ilə daha tez arıqlayın - FOTOLAR

  • Qadın
  • 22 Fevral 2014 12:20
  • 6 756 Baxış
Pomidor pəhrizi ilə daha tez arıqlayın - FOTOLAR

Arıqlamaq üçün satılan dərmanların heç bir faydasının olmadığını yaxşı bilirik. Bu cür bütün dərmanlar qidalardan düzəldilib, kimyəvi reaksiyalara uğrayaraq qatı hala gətirilir. Halbuki, bunlara ehtiyacımız yoxdur. Arıqlamaq üçün təbii bitki və tərəvəzlərlə qidalanmaq lazımdır. Nəticəsinin necə olacağı naməlum olan üsullara əl atmaqdansa, təbii yollarla arıqlamaq yaxşıdır. Bu gün pomidor pəhrizinin reseptini verəcəyəm.

Səhər yuxudan qalxan kimi bir stəkan suya 3 yemək qaşığı limon suyunu əlavə edin. Bu suyu içdikdən 1 saat sonra pomidor suyu içilir. Pomidorların çürük olmamasına fikir verin.

1 saat sonra 1 ədəd orta boy qaynadılmış kartof yeyə bilərsiniz. 1 saat sonra yarım stəkan pomidor suyu içə bilərsiniz. Bundan sonra istədiyiniz meyvələrdən 2-3 ədəd yeyə bilərsiniz. Yay mövsümündə bir dilim qarpız da olar.

Meyvələri yedikdən sonra yenə 1 saat fasilə verin. 1 saatdan sonra 1 stəkan pomidor suyu için. Daha sonra bir neçə dilim sarımsaqlı kolbasa, yaxud 2 ədəd sosiska yeyə bilərsiniz. Amma duzu az olmaq şərtilə.

Bir saat keçdikdən sonra yeyə 1 stəkan pomidor suyu, daha sonra səhər olduğu kimi 1 stəkan suya 4 yemək qaşığı limon suyu əlavə edib için.1 saat sonra 1 ədəd qaynadılmış kartof yeyə bilərsiniz. Üstündən yenə bir neçə meyvə yeyə bilərsiniz. Axşam balaca kasada qatıq tövsiyə edilir. 1 dilim qarpız və ya kibrit qutusu boyda pendir yeməyə icazə var.

Bundan əlavə günortalar yaşıl salatlar, tərəvəz yeməkləri də yeyə bilərsiniz. Yaxud da mövsümə uyğun sirkəli salat da olar. Alma sirkəsi yağları əritməyə kömək edir. Lakin mədəsində problemi olanlar sirkədən mümkün qədər az istifadə etməlidir. Ən yaxşı məsləhəti mütəxəssisdən ala biləcəyinizi unutmayın.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR