• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Dolce & Gabbana"-dan möhtəşəm qış kolleksiyası

  • Qadın
  • 24 Fevral 2014 12:00
  • 1 010 Baxış
"Dolce & Gabbana"-dan möhtəşəm qış kolleksiyası

"Dolce & Gabbana" 2014-2014 qış kolleksiyası

Domeniko Dolce və Stefano Gabbana yeni kolleksiyada modelləri nağıllar aləminə və sirlərlə dolu qaranlıq meşəyə göndəriblər. Dizaynerlərin nədən ilham almasına baxmayaraq, yeni kolleksiya hər kəsin başa düşəcəyi aydın və beynəlmiləl - hansı ki, uşaqlıqdan tanış olduğumuz mövzu üzərində, nağıl motivləri əsasında tikilib. Bu modellər “Qırmızı papaq” nağılını, uşaqlıqda dinləməkdən doymadığımız “Yatmış gözəl” və başqa nağılları yada salır. Paltoların başındakı qalın xəzlər, tüklər isə meşənin hiyləgər sakinlərini xatırladır.

Qızılı naxışlarla işlənən paltoya baxanda kilsə ayinləri və atributları yada düşür. Kolleksiyasının əsas rəmzi, diqqət çəkən xətti geyimlərin üzərində sehrli açar təsvirləri və açar aksessuarları idi. Hansı ki, bu açar bizi möcüzəli nağıllar dünyasından ayırır... Bütün bu xırda detallar qəlbimizdə ən ülvi, həyəcanlı xatirələri oyadır.

Bildiyimiz kimi nağıl qəhrəmanlarının dəriləri uşaq dərisi kimi yumşaq və hamar olur. Makiyaj ustaları dəfilədə də bu qaydanı tətbiq ediblər. Modellərin üzündə demək olar ki, makiyaj hiss olunmur. Sadəcə göz qapaqları qara qələmlə vurğulanıb. Yanaqlara təbii qızartı verilib.

Publika.Az-ın qadın bölməsi yeni kolleksiyanın fotolarını təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR