• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kişiləri başdan çıxaran qoxular haqqında nə bilirsiniz?

  • Qadın
  • 26 Fevral 2014 12:19
  • 1 940 Baxış
Kişiləri başdan çıxaran qoxular haqqında nə bilirsiniz?

Bu qoxular kişiləri ehtiraslandırıb onların cinsəl arzularını oyandırır...

Qoxuların təsirləri elmi yollarla da təsdiq olunub. Qarmaraqışıq insan beyni hər cür qoxuya fərqli reaksiya verir. Qoxulardan bəziləri qadınlarda xoş arzular və duyğular oyadır, bəzi aromalar isə kişilərin cinsəl arzularını oyadır. Bu qoxular istəməsəniz də, hissləri idarə edir. Bu da o deməkdir ki, bəyəndiyiniz kişini qoxular sayəsində də əldə edə bilərsiniz.

Bəs kişiləri hansı qoxular başdan çıxarır?

Darçın – Hindistan və Şri Lankaya aid olan bu ədviyyat kişilərə ən çox təsir edən qoxular arasındadır. Darçın cinsəl arzuları artırır, afrodizyak özəlliyə malikdir. Darçınlı parfumları yüz illərdir ki, qadınlar kişiləri əldə etmək məqsədilə istifadə edir.

Vanil – Vanil bir çox kosmetikanın tərkibinə qatılan maddədir. Bitkinin tərkibində kişilərin cinsəl arzularını ələ keçirən maddələr var. Necə istifadə edilməsinin fərqi yoxdur: istər şirniyytalar, istər parfum, istərsə də içkilərin tərkibində istifadə edildikdə kişilərə təsir edir. Qədim zamanlarda ereksiya problemi ilə qarşılaşan kişilərə də vanilli içkilər içizdirərmişlər.

Lavanda – Lavanda bitkisindən adətən yuyucu tozların və yumuşadıcıların tərkibində istifadə edilir. Ancaq kişilər lavandanın cəzbedici qoxusu haqqında xəbərsizdilər. Kleopatra Mark Antoni və Yuli Sezarı lavandanın cəzbedici qoxusu ilə əldə edib. Yeni evlənən cütlüklər yatağın altına bir dəstə lavanda qoymaqla ehtiraslarını alovlandıra bilərlər.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR