Təmtəraqlı boyunbağılardan nə zaman istifadə etməli?
Bizi izləyin

Qadın

Təmtəraqlı boyunbağılardan nə zaman istifadə etməli?

Boyunbağılar adətən geyimlər kimi bir neçə növə bölünür. İdman və rahat geyimlərlə taxıla bilən, nazik və ya ipli boyunbağılar, digəri isə ziyafət geyimlərini daha dəbdəbəli hala salan həcmli boyunbağılardır.

Keçən mövsüm hakimiyyəti əlinə alan həcmli aksessuarlar bu il də trendlərin arasındadır. Həcmli boyunbağılardan əlavə, muncuqlu, boynu tamamilə örtən mirvarilər də aktualdır. Boyunbağıya həyat yoldaşınızın, övladınızın, sevdiyiniz insanın adını da yazdırıb taxa bilərsiniz. Bu tərz özəl hazırlanmış aksessuarlar da olduqca trenddir.

Təmtəraqlı boyunbağıları düzgün və yerində taxa bilməyənlər üçün bir neçə nümunə hazırlamışıq. Ən yaxşı yaz boyunbağılarını seçmişik. Şəkillər özü hər şeyi izah edir. Köynək və ya paltar sadədirisə, mürəkkəbə doğru gedir. Yox, geyim diqqət cəlb edirsə və al-əlvandırsa, o halda boyunbağının bir rəngdə və qaşsız olması daha məqsədəuyğundur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm