Kombinezonlar yenidən dəbə minəcək - FOTOLAR
Bizi izləyin

Qadın

Kombinezonlar yenidən dəbə minəcək - FOTOLAR

Kombinezonlar yeni mövsümdə qarderobumuzun baş tacı olacaq. Bağban stili olan kombinezonlar 70-ci illərdən bəri cins parçalardan tikilir. 1990-cı illərdə isə kombinezonlar artıq müxtəlif parçalardan tikilməyə başlayır. 2014-cü ilin kolleksiyalarında müxtəlif formalarda tikilən kombinezonlar yer alıb. Yəqin aranızda onları necə və nə ilə sintez etməyi bilməyənlər var.

1. Cins kombinezonlar – Gündəlik stilinizdə rahatlığıa önəm verirsinizsə, cins kombinezonlara müraciət edin. Sofistik stil yaratmaq üçün geyiminizə bir neçə detal əlavə edə bilərsiniz. Məsələn, cins kombinezonu hündür daban ayaqqabı, üst geyim kimi qara blayezer pencəklə fərqli üslub sahibi olarsınız.

2. Rəngli kombinezonlar - 90-cı illərdə müxtəlif parçalardan tikilən kombinezonlar yaz aylarında gündəmə gələcək. O illərin nostaljisini yaşamaq istəyənlər, kombinezonların altında güllü və ya rəngli köynək geyinə bilər.

3. İdman üslubunda olan kombinezonlar – Bu üslubda tikilən kombinezonlarla daha mükəmməl görünə bilərsiniz. Üst geyim olaraq bomber gödəkçə və hündür daban ayaqqabılarla fərqli olacaqsınız.

4. Dəri kombinezonlar – Dəri ətək, dəri şortlar, dəri şalvar və nəhayət dəri kombinezonlar da tikildi. Bir neçə mövsümdür ki, sanki dəri geyimlərlə eşq macərası yaşayırıq. Bu macəra hələ uzun müddət davam edəcək. Qüsursuz stil sahibi olmaq istəyirsinizsə, mütləq dəri kombinezon alın.

5. Kombinezon donlar – Kombinezon donlar gözəl yaz-yay günləri üçün olduqca ideal seçimdir. Onu babet ayaqqablar və saç lentləri ilə birləşdirərək casual stil yarada bilərsiniz.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm