Milan dəb həftəsində qeyri-adi nümayiş - FOTOLAR
Bizi izləyin

Qadın

Milan dəb həftəsində qeyri-adi nümayiş - FOTOLAR

Piter Dundas 5 il "Emilio Pucci" moda evində çalışdıqdan sonra təkcə İtaliya moda tarixinə deyil, milli Norveç dəb tarixinə müraciət etməyi özünə rəva görə bilər.

Qızılı və gümüşü saplarla işləmiş mozaikalar bu kolleksiyadan da yan keçməyib. Kolleksiya bir xətt üzrə hazırlanmayıb. Dəfilədə həm təmtəraqlı, həm sadə ziyafət libasları, həm də ciddi geyimlər bir-birini əvəz edirdi. Üst geyimlərə tikilən iri kürk geyinmiş modellər ucqar kənddə yaşayan, soyuqdan donan adama oxşayır. Yaxalıqdakı və qollardakı dəbdəbəli kürklər davakar vikinqləri xatırladır. Məxmər parçadan tikilən geyimlərin rəngi sözün həqiqi mənasında hər kəsi təəccüblədirir.

Publika.Az-ın qadın bölməsi “Emilio Pucci”-nin yeni kolleksiyasının fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm