Evinizi bu rəngə boyayın - FOTOLAR
Bizi izləyin

Qadın

Evinizi bu rəngə boyayın - FOTOLAR

Sakitlik bəxş edən yaşıl araşdırmalara görə, ürək sağlamlığına yaxşı təsir edir. Çünki yaşıl rəng olan yerdə insan beyni daha sakit və sağlam olur. Publika.Az-ın qadın bölməsi yaşıl rəngin ən eleqant dekorasiyalarını təqdim edir:

Qonaq otağında yaşıl rəngli divan, kreslo otağın bütün atmosferini dəyişir. Ya da yaşıl rəngli yastıqlarla bəzəyə bilərsiniz.

Yemək masasında yaşıl örtüklər və dekorativ bəzəklərlə rahat və eleqant görüntü yarada bilərsiniz.

Yaşıl rəngdən istifadə etmək üçün sadəcə dekorativ məhsullardan istifadə etməyə ehtiyac yoxdur. Əgər canlı bitkilərlə aranız yaxşıdırsa, bitkiləri istifadə edərək həm sağlam, həm də təravətli qoxulu məkan yarada bilərsiniz.

Hamamda bal pətəyi və yaşıl tonları birləşdirərək modern stil yarada bilərsiniz.

Gecələr rahat yatmaq üçün otağının bir divarını yaşıla boyaya bilərsiniz.

Ofisdə yaşıl tonlar zehni rahatlatmaq üçün ideal ola bilər. Bu rəngi digər huzur verən mavi ilə birləşdirə bilərsiniz.

Fıstıq yaşılı divarlar enerji verərək fikirləri təzələyir. Buna görə də bu tonu iş otağında istifadə etmək məsləhət görülür.

Divarlarda və mebellərdə yaşıl rəngi istifadə etmək istəmirsnizsə, pərdələri və örtükləri yaşılla bəzəyə bilərsiniz.

Əgər pilləkənli evdə yaşayırsınızsa, kənaralarını yaşıla boyayaraq daha mükəmməl görüntü yarada bilərsiniz.

Yaşıl xalça ilə evin bütün atmosferini dəyişdirməyə bəs edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm