Yazın ayaqqabı dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın ayaqqabı dəbi - FOTOLAR

2014 yaz-yay mövsümündə eyni ilə geyimlər kimi aksessuarlar da müxtəlif dəyişikliyə məruz qalır. Bu gün böyük moda evlərinin kolleksiyalarında diqqət çəkən ayaqqabı trendlərini təhlil edib baharda ən çox dəbdə olan ayaqqabı modelləri haqqında geniş məlumat verəcəyəm.

Metal ayaqqabılar – Metal rənglərinin yaz mövsümündə dəbdə olacağını söyləmişdim. Bu hal şübhəsiz ki, ayaqqabı trendlərinə də tərsir edir. 2014-ün yazında başda qızılı və gümüşü tonlar olmaqla metal rəngli ayaqqabılar öz alıcılarını gözləyir.

İti burunlu ayaqqabılar – Artıq bir neçə mövsümdür ki, dəb dünyasında iti burunlu ayaqqabılar önəmli yer tutur. 2014-ün bahar ayalarında trend olmağa davam edəcək. İti burunlu hündür daban ayaqqabılardan başqa, iti burunlu düz ayaqqabılar da dəbə minəcək.

Müxtəlif formalı dabanlar – 2014-ün yazında müxtəlif formalı dabanlar da rastımıza çıxacaq. Xüsusən memarlıq elementləri olan dabanlar ayaqqabıları bəzəyəcək.

Lace-up ayaqqabıları – Mövsümdə ən çox istifadə edilən ayaqqabı modellərindən biri də üstü çoxlu bağlarla tikilən və bağlar istifadə edilən ayaqqabılar olacaq. Ayaqqabıda korset təsiri yaradan Lace-up trendinin sürətlə dəbə minəcəyi gözlənilir.

Biləkdən bağlanan ayaqqabılar – Ayaqqabının hansı formada: dabanlı, dabansız, hündür, düz olmasının fərqi yoxdur. Biləkdən bağlanan hər cür ayaqqabı yeni mövsümün ən çox sevilən və şirin görünən modelləridir.

Səndəllər – Yüngül yay ayaqqabıları getdikcə daha fərqli və bəzəkli formada təqdim olunur. Dəmir, broş, gül və etnik təsvirlərlə bəzədilmiş səndəllər mövsümün ən sevilən modelləri olacaq.

Bantlı ayaqqabılar – Bant detalının istifadə edildiyinin şahidi olacaqsınız. Ən çox isə biləklərdə istifadə ediləcək.

Yaz çəkmə modelləri – Çəkmələri yaz və yay aylarında da geyinməyə davam edəcəyik. Ürəyiniz düşməsin, yay üçün hazırlanan, üstü, burnu, arxası açıq modelləri nəzərdə tuturam.

İlan dərili ayaqqabılar – İlan dərili çantalar dəbdə olduğu kimi, ilan dərili ayaqqabılar da dəbə minəcək. Hətta mövsümün hit ayaqqabı təsviri ilan dərisidir. Stilettodan, səndəllərə qədər hər cür ayaqqabı modelində ilan dərisini görə biləcəksiniz.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm