“Oskar”ın ən bahalı zinət əşyaları - FOTOLAR
Bizi izləyin

Qadın

“Oskar”ın ən bahalı zinət əşyaları - FOTOLAR

86-cı "Oskar" gecəsində sərvət dəyərində zinət əşyaları taxan ulduzlar göz qamaşdırıb. Publika.Az "www.buro247.az" saytına istinadən dünən gecə baş tutan mükafatlandırma mərasimində bahalı zinət əşyaları ilə göz qamaşdıran ulduzların fotolarını təqdim edir.

Oliviya Uayld
Aktrisa qara rəngli Valentino libasını "Lorraine Schwartz"dan ağ qızıl üzərində brilyant və nefrit daşlı sırğa ilə tamamlayıb.

Cennifer Lorens

Ağ qızıl üzərində 100 karat ağırlığında brilyantlar və dağ bülluru ilə bəzədilmiş "Neil Lane" boyunbağısı Christian Dior libası ilə əla görünürdü. Zinət əşyasının qiyməti 2 milyon dollardır.

Culiya Roberts
Dəyirmi və konik kəsilmiş brilyantlarla bəzədilmiş "Bvlgari" sırğaları aktrisanın Givenchy libasını tamamladı.

Şarliz Teron
"Harry Winston"a məxsus 31 karatlıq brilyantlardan ibarət boyunbağının qiyməti 15 milyon dollardır.

Lyupita Nionqo
Prada libasını Lyupita "Fred Leighton"dan brilyant və qızıl saç bantı ilə uyğunlaşdırmışdı.

Enn Heteuey
Cazibədar aktrisa "Neil Lane"dən ağ qızıl əsaslı brilyant sırğa taxmışdı.

Naomi Uotts
Ağ qızıl üzərində dəyirmi kəsilmiş brilyant "Bvlgari" boyunbağı Naomiyə şahzadə obrazını yaratmağa kömək edib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm