Maksi stilinə aid ən yaxşı nümunələr - FOTOLAR
Bizi izləyin

Qadın

Maksi stilinə aid ən yaxşı nümunələr - FOTOLAR

Maksi stili artıq neçə mövsümdür ki, aktual olaraq qalır. Uzun ətəklərdə dəbli görünmək üçün fantaziyanı işlətmək lazım gəlir. Publika.Az-ın qadın bölməsi uzun ətəklərdə zövqlü və cazibədar görünməyin yollarını izah edir:

Qat-qat geyinin – Qat-qat geyim tərzini maksi ətəklərdə sınaqdan keçirin. Maksi ətəyi üst-üstə geyinilmiş iki köynəklə birləşdirə bilərsiniz. Bu stili sonda qısa gödəkçə ilə tamamlayın. Dəri jiletlər və ya kürklər də maksi stilini tamamlamaq üçün ideal seçimlərdir. Papaq, əlcək, uzun şərf və şallardan istifadə etməyi unutmayın.

Soyuqdan qorunmaq üçün qalın corab geyinin. Soyuq havalar bizi hələ tərk etməyib, deməli, altdan lasin də geyinə bilərsiniz. Ətək uzun olduğu üçün istədiyiniz qalınlıqda geyinmək şansınız var.

Ayaqqabı seçimi – Ayağınıza nə geyindiyiniz də çox önəmlidir. Maksi ətəkləri uzun və qısa çəkmələrlə geyinməyə tərəddüd etməyin. Altı düz ayaqqabılarla uzun ətəklərin sintezi çox şahanə görünür.

Palçıqlı, qarlı günlər bitdiyi üçün maksi stilə rahatlıqla müraciət edə bilərsiniz. Yağışlı günlərdə isə maksi stilini ancaq qapalı məkanlarda geyinmək tövsiyə edilir. Ətəyin rəngi ilə ahəng təşkil edən pencəklə uyğunlaşdıra bilərsiniz. Eleqant xanım obrazı yaratmaq istəyirsinisə, belinizi kəmərlə bəzəyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm