Qadınlar xoşbəxt kişiləri niyə xoşlamır?
Bizi izləyin

Qadın

Qadınlar xoşbəxt kişiləri niyə xoşlamır?

Qadınların xoşbəxt görünən kişiləri seksual hesab etmədikləri üzə çıxıb.

Publika.az xəbər verib ki, Kanadadakı “British Kolumbiya” Universitetinin apardığı araşdırmanın nəticələri olduqca maraqlıdır.

Araşdırmada 1000-dən çox insan iştirak edib.

Onlara gülümsəyən, qürurlu və ya utancaq görünən bir neçə şəxsin fotoları göstərilib və hansının daha seksual göründüyü soruşulub.

Məlum olub ki, güclü və sərt kişilər qadınların gözünə daha seksual görünür. Gülümsəyən və qəhqəhə çəkən kişilər isə qadınları özlərindən uzaqlaşdırırlar.

Tədqiqatçılar kişilərin seçimlərinin qadınlardan tamamilə fərqli olduğunu bildiriblər. Belə ki, kişilər xoşbəxt görünən qadınları daha seksual hesab ediblər.

Məğrur və özündən əmin xanımlardan isə uzaq durmağa üstünlük veriblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm