Məşhur brendin eleqant və möhtəşəm kolleksiyası - FOTOLAR
Bizi izləyin

Qadın

Məşhur brendin eleqant və möhtəşəm kolleksiyası - FOTOLAR

"Valentino" 2014-2015 payız-qış kolleksiyası göz oxşadı.

Mariya Qraçiya Küri və Pyer Paolo Piççolinin təqdim etdiyi payız-qış kolleksiyası xırdalıqlarına qədər düşünülmüşdü və çox gözəl idi.

Köhnə kolleksiyada olan bəzi detallar saxlanılıb. Məsələn, məktəbli və rahibə stilinə bu kolleksiyada da rast gəldik. Amma bir balaca dəyişilmiş formada təqdim olunmuşdu. Keçən il qara paltarlara ağ krujevalı yaxalıq əlavə olunmuşdusa, bu il rəngli paltarlara da tətbiq olunub.

Boğazı bağlayan və yerə qədər uzanan paltarlar da göz oxşayırdı. 2015-in qışında xanımları daha kreativ paltolar gözləyir. Belə ki, gül motivləri, quş təsvirləri dəbdə olacaq.

Publika.Az-ın qadın bölməsi yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm