Kaş ki bütün qadınlar 84 yaşında onun kimi görünərdi - FOTOLAR
Bizi izləyin

Qadın

Kaş ki bütün qadınlar 84 yaşında onun kimi görünərdi - FOTOLAR

Tanış olun - bu şəkildə gördüyünüz xanım Karmen Delldir. Onun 84 yaşı var. Di gəl, hələ də ən çox tələb olunan yaşlı modellərdən biridir. Bu yaşda nəinki dünyanın ən məşhur jurnallarının üz qabığına çəkilir, yaşlı qadınlar üçün nəzərdə tutulmuş məhsullar istehsal edən bir çox firmanın reklam çarxlarında rol alır, hətta lazım olanda podiuma da çıxır. Əbəs yerə Salvador Dali onu özünün muzası adlandırmayıb ki...

Yeri gəlmişkən, qeyd edək ki, Karmen Dell 15 yaşından model kimi fəaliyyət göstərir. “Vogue” və “Harper's Bazaar” kimi məşhur jurnalların qabığına ilk dəfə 15 yaşında çəkilib. Karmen o vaxtdan bu günə kimi sevimli peşəsindən ayrılmır. O hətta ən uzun model karyerasına görə “Ginnesin Rekordlar” kitabına düşüb.

Karmen öz yubileyi ərəfəsində məşhur amerikan jurnalı “New You”-ya açıq müsahibə verib. O, müsahibədə intim həyatı haqqında danışıb. Karmen "Mən yeməkdə olduğum kimi, seksdə də qurmanam! Seks həyatında hələ də aktivəm. Seks həzindən niyə imtina edim? Mən özümə qulluq edirəm və bunun qarşılığını görürəm. Nələrdən zövq aldığımı bilirəm. Romantikanı da sevirəm, amma ehtiras çox önəmlidir. İnsanlar yaşa dolandan sonra cinsəl həyatlarına son verirlər. Halbuki, bu yaşlarda seksə nə həkimlər, nə də din qadağa qoyub” - deyib. Modelin bu temperamentini və atasının italyan olduğunu nəzərə alsaq, onun sözlərinə şübhə ilə yanaşmaq olmaz.

O, müsahibələrinin birində "Mənim həyatım möhtəşəm keçib! Ömrümü istədiyim kimi yaşamışam” – söyləyib.

Onun gənclik və gözəllik sirri isə çox sadədir: O, yatmağı və üzməyi çox sevir. 84 yaşında belə görünməyə isə layiq olduğunu hesab edir. Karmen gizlətmir ki, hərdən plastik cərrahların da köməyinə əl atır. Amma etiraf edir ki, bir plastik əməliyyatla mükəmməl gözəlliyə nail olmaq mümkün deyil. İnsanın bədəni kimi düşüncələri də qaydasında olmalıdır.

Karmen 100 yaşa qədər yaşamaq arzusunda olduğunu da gizlətmir. Bundan başqa, o, dikdaban ayaqqabılarda ölməyi planlaşdırır.

Bizə isə bu möhtəşəm qadınla qürur duymaq qalır. O, uzun illərdir ki, dünyaya sübut etməyə çalışır ki, özünəinam, həmçinin həyatın hər anından zövq almaq və öz yaşından əsla utanmamaq lazımdır. Gənclik və gözəlliyin sehrli iksiri də elə budur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm