Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”
Bizi izləyin

Qadın

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

Əllər qadının vizit kartıdır, boynu onun şəxsiyyət vəsiqəsidir, sinəsi isə xarici pasportu!

Qabriel Şanel şübhəsiz ki, unikal qadındır. Cəsarətli, hökmlü, şıltaq... Kişilər ondan ötrü dəli olurdular, həmcinsləri isə ona oxşamaq istəyirdilər. Koko nəinki öz adını moda tarixinə qızıl hərflərlə yazıdırıb, həm də aforizmləri ilə qadınlar üçün böyük irs qoyub. Əlbəttə ki, əfsanəvi dizaynerin aforizmlərinin çoxu moda, gözəllik və kişilər mövzusunda olub.

Publika.az xəbər verir ki, bu gün mərhum dəb ustasının doğum günüdür. Bu mansibətlə dizyanerin yerində deyilmiş sitatlarını bir daha xatırlatmışıq.

1. Əllər qadının vizit kartıdır, boynu onun şəxsiyyət vəsiqəsidir, sinəsi isə xarici pasportu!

Коко Шанель:

2. İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq.

3. Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar.

4. Paradoks: Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.

5. İstənilən addımı atmağa hazır olan kişi sevilməyə məhkumdur.

6. Əgər bir qadın gözəlliyi ilə sizi heyrətləndirib və valeh edibsə, amma siz onun nə geyindiyini heç cür xatırlaya bilmirsinizsə, deməli o, qüsursuz geyinib.

Коко Шанель:

7. Qadının ən dəbli aksessuarı və bəzəyi - yaraşıqlı kişidir!

8. Qadını heç nə bahalı kostyum qədər yaşlı göstərmir.

9. Əsl alicənablıq nankorluğu bağışlamağı bacarmaqdır.

Коко Шанель:

10. Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir.

11. Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.

Коко Шанель:

12. Hər şey öz əlimizdədir, ona görə də onları əldən vermək olmaz.

13. Ətir vurmayan qadının gələcəyi yoxdur.

14. Heç vaxt sahib olmadığınız şeyə sahib olmaq istəyirsinizsə, o zaman heç vaxt etmədiyiniz şeyi etməlisiniz!

Коко Шанель:

15. Qadın bəzənmirsə, demək özü haqda çox yüksək fikirdədir.

16. Vaxtınızı heç vaxt üzünüzə açılmayacaq qapını döyməyə sərf etməyin.

Коко Шанель:

17. Gözəllik silahdır! Təvazökarlıq zəriflikdir! Zinət isə elmdir!

18. Hər kişinin həyatında ancaq bir qadın olur, qalanları onun kölgəsidir...

Коко Шанель:

19. Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır.

20. Qocalıq sənin aşiq olmayacağına zəmanət vermir, amma sevgi sənin qocalıqdan qoruyur.

21. Gözəlliyin qayğısına, ürək və qəlbdən başlamaq lazımdır, əks halda heç bir kosmetika kömək etməyəcək.

Коко Шанель:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm