Gələn ilin ən yaxşı dəri geyimləri - FOTOLAR
Bizi izləyin

Qadın

Gələn ilin ən yaxşı dəri geyimləri - FOTOLAR

Nikolya Qeskyeranın “Louis Vuitton” üçün hazırladığı birinci kolleksiyası Paris moda həftəsində nümayiş olunub. Dizayner yeni kolleksiyada 60-cı illərin stilini qrafik və həndəsi kəsimlərlə birləşdirib.

Qısa dəri gödəkçələr, ətəklər, şalvarlar, trapesiya formalı paltolar, qısa dəri sarafanlar, demək olar ki, hər şeyi kəmərlər kobud şəkildə qucaqlayır. Belə ki, kəmərlər qalın və kobud formada təqdim olunub.

Dəri ilə tvid parçaların sintezi gözdən yayınmadı. Ümumiyyətlə, bu cür incəlikləri anlamaq üçün dəbin mürəkkəb mexanizmasını dərk etmək lazımdır.

Kolleksiyada parlaq rənglərdən istifadə olunmayıb. Əvəzində bataqlıq, qara, boz, mavi, kərpic və qəhvəyi rəngin müxtəlif çalarları tamamilə sehrli və çox düşünülmüş şəkildə uyğunlaşdırılıb. Kolleksiyadakı dəri çantaların gələn ilin ən çox sevilən modelləri arasına daxil olacağı istisna olunmur. Parlaq çəkmələrin üzərində fırlanan kəmərlər ayaqqabıya xüsusi gözəllik bəxş edib.

Nikolya Qeskyeranın ifasında bundan yaxşı kolleksiyalar olub. Lakin əsl istedad sadəcə təəccübləndirmək məqsədi daşıyan geyimlər hazırlamaq demək deyil. Əsl istedad malik olduğu poetensialla estetikanın inkişafı üçün çalışmaqdır.

Publika.Az “Louis Vuitton”-nun payız-qış kolleksiyanın fotolarını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm