Kişilər bunlardan asanlıqla vazkeçə bilmir - FOTOLAR
Bizi izləyin

Qadın

Kişilər bunlardan asanlıqla vazkeçə bilmir - FOTOLAR

Kişilər bəzi vərdişlərindən, fikirlərindən asanlıqla vaz keçməzlər. Həyatlarını vərdişləri əsasında yaşamağı sevərlər. Bəs kişilər nələrdən asanlıqla vaz keçə bilmir?

 

1. Bərbəri – Bərbəri ölmədikcə kişilər ondan asanlıqla vaz keçə bilmir.

 

2. Komanda - Bu, vicdan məsələsidir. Ondan əsla vaz keçmədikləri bir faktdır.

 

3. Avtomobili - Avtomobilinə ad qoyan, özündən başqa heç kimin toxunmasına icazə verməyən birinin ondan vaz keçməsi asan məsələ deyil.

 

4. Təraş bıçağı - Əslində, ayda bir dəfə dəyişdirilməli olsa da, kişilər ondan ayrılmaq istəmir.

 

5. İşə getdikləri yol - Daha qısa, daha rahat yol olsa da, kişilər işə həmişə gedib-gəldikləri yolla getməyə üstünlük verərlər. 

 

6. Həftə sonları getdikləri yer - Kişilər məmnun qaldıqları yerlərə dəfələrlə gedərlər.

 

7. Saç düzümü – Qadınlardan fərqli olaraq, kişilər saçları ilə ancaq yeniyetməlik çağında oynayarlar və dəyişdirməyi xoşlamazlar.

 

8. Uğur gətirən totem – Komandanın uğur qazanmasının öz əllərində olduğunu düşünən kişi totemini qətiyyən dəyişdirməz.

 

9. Romantik anlarda qurduğu cümlələr - Kişilər çox vaxt aşiq olduğu bütün qadınlara eyni romantik cümlələri söyləyər.

 

10. Özəl günlərdə aldığı hədiyyələr - Kişilərin qadınlar üçün aldığı hədiyyələr: çiçək, üzük, kitab, şokolad, bir də ayaqqabı.

 

11. İstifadə etdiyi spirtli içki - Kişilər hansı içkiləri sevdiklərini, hansının onu meymuna çevirdiyini yaxşı bilirlər. Özəl günləri çıxmaq şərti ilə ənənəni dəyişdirməkdən xoşları gəlmir.

 

12. Gündəlik gördüyü işlər - İşə get, gəl, yemək ye, televizora bax, dişini fırçala... Kişilər həyatını pozan hər şeyə reaksiya verir.

 

13. Qol saatı - Kişilərin demək olar ki, hamısı tək aksessuarı olan qol saatını ölənə qədər istifadə etməyə meyllidir.

 

14. Qızları cəzb etmək üsulları - Təcrübəli kişilər qızları yoldan çıxarmağı yaxşı bacarır və bundan bütün ömrü boyu istifadə edir. 

 

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm