• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ayaqqabı almaq da, geyinmək də sənətdir...

  • Qadın
  • 6 Mart 2014 14:22
  • 1 526 Baxış
Ayaqqabı almaq da, geyinmək də sənətdir...

Ayaqqabı və qadın... Etiraf edin ki, ayaqqabıları çox zaman ehtiyacınız olduğu üçün deyil, sırf bəyəndiyiniz üçün alırsınız. Həm də narahat olduğunu bilə-bilə... Yəqin ki, hələ qarderobun da bir kənarında heç istifadə etmədiyiniz neçə cüt ayaqqbı var.

Yaz ayları artıq təşrif buyurduğu üçün çəkmələri bir kənara qoyub, hündürdaban ayaqqabılara keçməyin vaxtıdır. Bəs hündür daban ayaqqabıların qarderobda yatmaması üçün ayaqqabı seçəndə nələrə fikir vermək lazımdır?

Ayağınızdakı ən uzun barmaq ayaqqabının ucuna dəyməməlidir. Dəyirsə, o ayaqqabıdan vaz keçin. Çünki ayağınızı sıxacağı siqnalını verir.

Bəyəndiyiniz ayaqqabının hər iki cütünü geyinin. Çünki ölçülərində az da olsa, fərq ola bilər. Həm də bu ayaqqabının rahat olub-olmadığını yaxşı yoxlaya biləcəksiniz. Satıcının fikirlərinə qulaq asın, amma qurban getməyin. Axı onun işi məhsulu satmaqdır. Bu halda sizi deyil, özünü daha çox düşünür.

“Geyindikcə genələr” cümləsini bir kənara atın. Kənarları boşala bilər, amma uzunluğu heç bir halda genişlənmir.

“Ucuz ətin şorbası olmaz” məsəlini çəkib sevdiyiniz ayaqqabını atmaq istəmirsinizsə, təbii və keyfiyyətli materialdan tikilən ayaqqabılar alın. Ayaq sağlamlığı geri qayıtmayacaq qədər önəmlidir. Həm də təbii materialdan hazırlanan ayaqqabılar ətrafa pis qoxu yaymır.

Ayaqqabı alış-verişini səhər saatlarında edin. Çünki ayaqlar gün ərzində şişməyə başlayır. Günortadan sonra sizə uyğun olan ölçünü tapa bilmək şansınız olmaya bilər.

Geyinmədən, təkcə ayağınızım ölçüsünü deyib almayın. Hər markanın fərqli qəlibi olduğunu, unutmayın.

Ayaqqabı almağa gedərkən o ayaqqabı ilə geyinməyi düşündüyünüz corabı da özünüzlə aparın.

Hündür daban ayaqqabı kimi, altı düz ayaqqabı geyinmək də ayağa zərər verir. Bunu biz yox, mütəxəssislər də təsdiq edir. Və yenə mütəxəssislərin fikrinə görə, ayaqqabının hündürlüyü 4 sm-dən yüksək olmamalıdır.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR