Bütün kişilər onun, o isə brilliantların dəlisi idi - FOTOLAR
Bizi izləyin

Qadın

Bütün kişilər onun, o isə brilliantların dəlisi idi - FOTOLAR

Qadınların qızıla və brillianta olan ac gözlüyünün səbəbi illərdir ki, gizli olaraq qalır. Məlum bir məsələ var ki, zinət əşyaları, ağır depressiyada olan bir qadının kədərli gözlərinin parıldamasına səbəb olur, əhvalını qaldırır. Yəni birbaşa sağlamlığına təsir göstərir. Sağlamlığa isə qətiyyən qənaət etmək olmaz! Əziz kişilər, sevdiyiniz xanımların sağlamlığınızı düşünürsünüzsə, onları xüsusi günlərdə qızıl və brilliantla sevindirin. Mövzudan çox uzaqlaşmadan deyim ki, bu gün Merlin Manronun zinət əşyalarından danışacağam.

Merlin Manronun brilliantlarla yaşadığı məhəbbət macərasından danışsaq, böyük bir novella alınar. Kino ulduzları arasında ləl-cavahirat üçün yaradılan çox az tapılar. ​Merlin isə sanki brilliantlarla bərq vurmaq üçün yaradılmışdı... O, Elizabet Teylor və Enn Bakster kimi qədim şahzadələri canlandırmayıb, brilliant və zümrüdə qərq edən maqnatlar və ya film ulduzları ilə də evli olmayıb. Misal üçün Merlinin sonuncu əri, dramaturq Artur Miller onun üçün film ssenarisi yazır və “Sevgililər günündə” həyat yoldaşına hədiyyə yerinə, pul yığını hədiyyə edir. Bir neçə il sonra elə həmin bayramda Elizabet Teylor öz həyat yoldaşı Riçşard Bartondan armud formasında çox unikal mirvari hədiyyəsini alır.

Elizabet Teylor və Əfsanəvi mirvari boyunbağı

Təzə gəlin knyagina “Van Cleef & Arpels” taclarında gəzəndə, Monro çəkildiyi filmlərdə bjuteriyalardan istifadə edirdi, qala gecələrində qırmızı xalı üzərinə çıxanda dünyanın tanınmış zərgərlik evləri öz zinət əşyalarını geyinməyə borca verirdilər. “Kişilər sarışınları sevir” filmində də belə olmuşdu. “Qızların ən yaxşı rəfiqəsi brilliantlardır” mahnısında aktrisa Harry Winston, Black, Starr və Tiffany zərgərlik evlərini xatırlayırdı. Yeri gəlmişkən elə həmin filmdə taxdığı boyunbağı Hollivud emalatxanalarında büllurdan hazırlanmışdı.

“Bir qadının ən yaxşı dostu, zinət əşyalarıdır”. Bu sözləri dünyanın ən seksual qadını Merlin Manrodan başqa kim deyə bilər ki? Merlin Manro nə qədər saxta brilliantlardan istifadə etmədiyini oxusa da, əslində mücrüsündən çox az sayda ləl-cavahirat çıxmışdı. Məlum olur ki, aktrisa “Ən yaxşı rəfiqəsi” ilə real həyatda olduqca sadə rəftar edir. Co Di Madjionun hədiyyə etdiyi nişan və mirvari boyunbağıdan başqa cazibədar aktrisanın bəzək əşyalarının böyük hissəsini bijuteriyalar təşkil edib. Buna baxmayaraq, birinci məhz Merlin Manro konsertlərdə, bayramlarda, şənliklərdə daha ecazkar görünmək məqsədilə dünya şöhrətli zərgərlərin zinət əşyalarını kirayə götürürdü. İndi də dünyanın bir çox ulduzları bu ənənəni davam etdirərək büdcələrinə qənaət edirlər. Bu filmdə Merlin Manro qadınlara brilliantlardan düzgün istifadə etməyi göstərdi. Cazibədar aktrisa bütün qadınların günəş kimi parıldamasının tərəfdarı idi və heç də haqsız sayılmır.

Fotoların çoxunda onun boğazını mirvarilər və kəhrəbadan hazırlanan boyunbağılar bəzəyir. Həyat yoldaşı Co Dimadjio toy hədiyyəsi olaraq ona mirvari boyunbağı hədiyyə etmişdi. O vaxtlar bu boyunbağılar Avropada və Amerikada dəb zirvəsini fəth etmişdi.

Filmin premyerası üçün ulduzun fotoları çəkiləndə, qiymətli daş-qaşlar toplayan tanınmış kolleksioner və öz zərgərlik firmasının sahibi Meyer Rozenbaum Merlin Monroya qədim tarixi olan “Ay saqqalı” adlı brilliantı borc verir. Çəkisi 24,04 karat, armud formasında olan nadir limon sarısı daş 500 il bundan əvvəl hind knyazlığı olan maharacalara məxsus idi.

“Centlmenlər” filmi ekranlara çıxdıqdan sonra Amerika Zərgərlik İstehsalçıları Birliyi aktrisaya “Brillinatların ən yaxşı rəfiqəsi” adlı fəxri diplom və medal təqdim etmişdi. Təntənəli mərasimə Monro yenə də maharacaların brilliantında gəlir, mərasimin sonunda brilliantı öz sahibinə qaytarır. Bu, Monronun bütün ömrü boyu geyindiyi ən bahalı və ən böyük daş idi. Daşın tarixi ilə bağlı müxtəlif əfsanələr dolaşır. Deyilənlərə görə, onunla okeanı keçən şəxsə müsibət gətirir.

Yaqut qaşlı qızıl sırğa

Əqiq daşlı qızıl boyunbağı

Lakin 1962-ci ildə onun ölümündən sonra – 33 film, 2 min dollar və özünün cəmi 2 şəxsi zinət əşyaları: nişan üzüyü və mirvari boyunbağı tapılır. Platin üzüyün ətrafındakı 35 brilliant qaşlar aktrisaya xoşbəxtlik gətirmir. Elə həmin ilin payızında “Зуда седьмого года” filminin çəkilişlərində metropolitenin qəfəsindən gələn havadan arvadının paltarının qalxmasını görür və heyrətə gəlir. 2 həftədən sonra cütlük boşanır. Merlin isə “Gözəl günlərin xətrinə” nişan üzüyünü barmağında gəzdirməyə davam edir. Ağ büzməli donu hərracda 5 milyon yarım dollara rekord qiymətinə, hətta nişan üzüyündən 7 dəfə baha satılır.

Mirvari və brilliantdan hazırlanan qızıl üzük

Merlin ikinci bəzək əşyasını yaxın rəfiqəsinə hədiyyə edir. 44 mirvaridən ibarət olan boyunbağı da Di Madjonun adı ilə bağlıdır. Kino diva və beysbol ulduzu bal ayını Tokioda keçirirdilər. İmperato Xiroxito ilə görüşdə Merlin Manroya ləl-cavahirat təqdim edilir. 1957-ci ildə Merlin bu boyunbağını adi kağıza bükür və paketi xidmətçiyə verib Strasberqlərin evinin kandarına atmağı tapşırır. Kağızın üstündə “Merlindən” qeyd olunmuşdu. Qeyd edim ki, bu boyunbağının orijinalı oval şəkilli qabında hələ də qorunub saxlanır və dünyanı ən çox dolaşan zinət əşyası kimi tanınır. 40 ildən sonra “Mikimoto” zərgərlik evi mirvarini Polun qızından 300 min dollara satın alır. 3 ildən sonra Merlin Monronun doğum günü xatirəsinə həmin boyunbağının sürəti məhdud sayda çıxarılır. Aktrisaya həsr olunmuş Beynəlxalq Kann Kinofestivalında isveçrəli zərgərlər Merlin Monro boyunbağı və sırğa seriyasını təqdim edir. Ümumi çəkisi 200 karatdan çox olan, üç yüz otuz yeddi brilliant və 18 karatlıq qızıldan hazırlanan zinət əşyalarına 980 səksən saat sərf olunmuşdu.

12 sapfirdən hazırlanan qızıl üzük

Merlin Monro təqlidi xarici zərgərlik istehsalçılarını pərəstişkarları üçün aktrisanın çəkildiyi filmlərdə taxdığı zinət əşyalarının sürətlərini çıxarırlar. Biz vaxtı ilə aktrisanın üzərində parlayan zinət əşyalarının orijinalını və sürətlərini müqayisə etməyi təklif edirik.

Sadə brilliant qaşlı qızıl sırğa

Zümrüd və brilliant qaşlı qızıl sırğa

Brilliant qaşlı qızıl çiçək formasında üzük

Brillinat boyunbağı

Nişan üzüyü

Brillinat qaşlı gümüş sırğa - Hər birində 36 brilliant var

Серебряные серьги с бриллиантами Мэрилин Монро

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm