“National Geographic” Azərbaycanda
Bizi izləyin

Qırmızı.az

“National Geographic” Azərbaycanda

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “National Geographic Azerbaijan” dərgisinin birgə təşkilatçılığı ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) rəsmi nəşrləri olan “National Geographic” və “National Geographic Traveler” jurnallarının fotoqraf və jurnalistlərinin 18 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana info-turu təşkil edilir.

Publika.az xəbər verir ki, info-turun keçirilməsində məqsəd xarici jurnalistləri Azərbaycanın zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti ilə yaxından tanış etmək, onların ölkəmiz barədə məlumatını artırmaqdır.

Tədbirə Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılmışdır. Təşkil olunan 2 info-tur (6-13 iyul və 15-23 iyul) çərçivəsində iştirakçılar İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Mərdəkan Qalası, Atəşgah məbədi, Yanardağ və s. tarix mədəniyyət abidələrini ziyarət edəcəklər.

Bununla yanaşı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətində hərəkət edərək burada müxtəlif tarixi abidələri, həmçinin, Şamaxıda Cümə Məscidini və Şəkidə Xan Sarayını ziyarət edəcəklər.

Son olaraq qonaqlar Gəncədə Xan Bağı və Cümə Məscidi ilə tanış olaraq, Mingəçevirə, daha sonra Naftalana səfər edəcəklər. Iştirakçılar eyni zamanda Naftalan müalicəvi nefti ilə yerində tanış olmaq imkanı qazanacaqlar.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm