Qırmızı.az
Ödəniş kartından istifadə edilməklə törədilən cinayətlə bağlı QƏRAR
Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib.
Məhkəmədən Publika.az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Plenumun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindəki “elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə törədilməsi” müddəasının hansı hallara şamil olunması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı olduğundan, həmin maddənin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Ona görə də Konstitusiya Məhkəməsindən həmin maddənin şərh olunmasını istəyib.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı