Artur Rasi-zadə nəzarət markaları ilə bağlı qərar verdi
Bizi izləyin

Qırmızı.az

Artur Rasi-zadə nəzarət markaları ilə bağlı qərar verdi

Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edib.

Publika.az xəbər verir ki, qərara görə, ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabinetinin müəyən etdiyi məbləğdə müvafiq olaraq Səhiyyə Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Müəllif Hüquqları Agentliyinə haqq ödəməlidir.

Qeyd edək ki, bu qərarın qəbulunadək ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə yalnız Müəllif Hüquqları Agentliyinə haqq ödəyirdi.

“Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na əsasən, Azərbaycan ərazisində hazırlanan (istehsal edilən) və ölkə ərazisinə idxal edilən dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları, nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi verir.

Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm