Nazir xaricə göndərilən tələbələrlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Nazir xaricə göndərilən tələbələrlə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov 2015/2016-cı tədris ilində xaricdə təhsil alacaq bir qrup tələbə ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin ilk qrupu təhsilini Böyük Britaniya, Türkiyə, ABŞ və Almaniyada bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında “Cambridge University”, “Massachusetts Institute of Technology”, “Johns Hopkins University”, “Edinburgh University”, “London School of Economics”, “Universität zu Köln” və “Bilkent Üniversitesi” kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.

Qeyd edək ki, Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015/2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel – 15 iyul tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

Tələbələrin xaricdə təhsil alması Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm